Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirlər çərçivəsində gənc əsgərlərin xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlığının qorunması məqsədilə kollektiv, qrup və fərdi qaydada psixoloji yardım və dəstək fəaliyyəti həyata keçirilib, söhbətlər aparılıb.
Bundan əlavə, son illərdə ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində keçirilən tədbirlərdən, cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlərdən danışılıb.
Respublika Narkoloji Mərkəzinin həkim-mütəxəssisləri psixoaktiv maddələrin istifadəsinin insan orqanizminə ziyanı və sonrakı fəsadları barədə maarifləndirici söhbətlər ediblər.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb və onlara lazımi tövsiyələr verilib.
Baxış sayı: 554
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

