Münaqişənin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb. Vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil. Aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək”. Modern.az saytı xəbər verir ki, bunu prezident İlham Əliyev iftar mərasimində çıxışı zamanı bildirib.
“Biz çalışırıq ki, Azərbaycan cəmiyyətində xalqımıza xas olan cəhətlər üstünlük təşkil etsin”, - deyən dövlət başçısı ölkəmizin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu və bütün İslam dünyasında böyük nüfuz qazandığını diqqətə çatdırıb.
“Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”, - deyən Prezident İlham Əliyev Azərbaycanın bu prosesə öz töhfəsini verdiyini xatırlatdı.
Prezidentin sözlərinə görə, bütün sahələrdə böyük inkişaf yolu keçən ölkəmiz dünyada baş verən gərginliklər fonunda öz yolu ilə uğurla gedir və öz timsalında göstərir ki, bütün dini konfessiyaların nümayəndələrinin bir yerdə yaşaması mümkündür.
Artıq bir neçə ildir Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, bu dəfə isə paytaxtımızın tamaşaçı auditoriyası yarım milyard olan “Formula-1” kimi nüfuzlu yarışa ev sahibliyi etdiyini deyən dövlət başçısı bildirib ki, bütün bunlar ölkəmizin daha yaxşı tanıdılmasına yönəlib və Azərbaycana gələn turistlər reallıqları öz gözləri ilə görürlər.
“Bizim uğurlarımızın təməlində vətəndaşlarımızın birliyi durur”, - deyən Prezident İlham Əliyev ölkəmizin çoxmillətli olduğunu, onların Azərbaycanın inkişafında yaxından iştirak etdiklərini vurğulayıb.
Baxış sayı: 1 793
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

