Konqres üzvü daha bir kədərli tarixin yad edildiyini, 26 fevral 1992-ci ildə baş vermiş Xocalı faciəsindən 30 il ötdüyünü bildirib. O, bu tarixi faciəni tanıdığını və həyatını itirənləri andığını bəyan edib.
P.Qosar keçmiş SSRİ-nin dağılmasından sonra yaranmış Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi zamanı faciəvi hadisənin qeydə alındığını, Xocalı şəhərində 613 mülki əhalinin qətlə yetirildiyini bildirib.
Konqres üzvü qeyd edib ki, baş verənlərin dəyişdirilməsi mümkün deyil, lakin qurbanların xatirəsini yad etmək və bütün dünyaya mülki əhalinin hədəf alınmasının heç zaman qəbul edilməyəcəyini xatırlatmaq mümkündür. Konqres üzvü ABŞ-ın bir daha eyni taleyi başqalarının yaşamaması naminə Xocalıda həyatını itirənlərin xatirəsini yad etdiyini və sülhün tərəfdarı olduğunu bildirib.
Sonda Konqres üzvü Xocalı qurbanlarının hər zaman ürəklərdə yaşayacaqlarını vurğulayıb.
Baxış sayı: 604
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

