Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, minaya düşmüş mülki şəxslərdən 30 nəfər həyatını itirib, 55 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Onların sırasında müxtəlif kateqoriyadan olan insanlar var ki, həmin ərazilərə qanunsuz daxil olaraq mina təhlükəsinə məruz qalıblar.
Həlak olan mülki şəxslərdən bəziləri dəfələrlə qanunsuz olaraq həmin ərazilərə gedib və qanunvericiliyə uyğun olaraq cəzalandırılıblar. İşğaldan azad olunan ərazilərə getmək arzusunda olan mülki şəxslərin diqqətinə çatdırırıq ki, aidiyyəti dövlət qurumu tərəfindən müəyyən olunan marşrutlar üzrə vətəndaşların getməsi üçün təhlükəsiz şərait yaradılıb",-deyə E. Hacıyev bildirib.
Baxış sayı: 686
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

