FACT-INFO.AZ » XƏBƏR » Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə növbəti dəstəkdir - Sevil Mikayılova
23-02-2022, 09:10 | XƏBƏR
Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə növbəti dəstəkdir - Sevil Mikayılova

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova vurğulayıb ki, Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Türkiyə ilə imzalanmış Şuşa bəyannamasi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstəkdir. Bununla da Azərbaycan iki qüdrətli qonşusu – Türkiyə və Rusiya ilə müttəfiq olur, Aİ ilə sazişə hazırlaşır. Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb.

"Əslində, bu bəyannamə özü də yenilik deyil, artıq bir ildir ki, sənəd üzərində hazırlıq işləri aparılırdı. Prezident İlham Əliyev hələ 2021-ci ildə Yeni illə bağlı xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Yəni göründüyü kimi, bu sənəd üzərində uzun müddət idi ki, hazırlıq işləri görülürdü. Bəyannamənin imzalanması yeni gündəmə çıxan məsələ deyil və regionda gedən son proseslərlə əlaqələndirilə bilməz. Bu bəyannamə Azərbaycan-Rusiya münasibətlərində yeni inkişaf mərhələsinin başlanğıcı olacaq. Azərbaycanla Rusiya tərəfdaş ölkələrdir, bu bəyannamə ilə Azərbaycan və Rusiya arasındakı tərəfdaşlıq həm də qarşılıqlı müttəfiqlik səviyyəsinə qalxmış oldu", - deyə S.Mikayılova qeyd edib.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan qalib ölkə kimi tam müstəqil siyasət yürüdür, regionda və dünyada öz siyasi əlaqələrini daha da genişləndirir, gücləndirir. Hələ ötən il iyunun 15-də qardaş Türkiyə dövlətilə imzalanmış Şuşa Bəyannaməsi də bu siyasətin göstəricilərindən biridir. İndi isə Şuşa Bəyannaməsinə oxşar sənəd Azərbaycanla Rusiya arasında imzalandı.

"İki ölkə başçısının birgə səyləri ilə Azərbaycan və Rusiya mehriban qonşulara və strateji tərəfdaş ölkələrə çevriliblər. Rusiya bizim şimal qonşumuzdur. Azərbaycan-Rusiya münasibətlərinin çox geniş perspektivləri var. Hələ istifadə edilməyən çoxlu potensial və Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da tərəflərə xeyir gətirəcək böyük inkişaf perspektivləri mövcuddur”, - deputat əlavə edib.

S.Mikayılova qeyd edib ki, bu gün artıq Rusiya şirkətləri azad edilmiş ərazilərdə də işə başlayıb. 20-yə yaxın Rusiya şirkəti azad edilmiş ərazilərdə fəaliyyət üçün müraciətlər edib:

"Yəni iki ölkə arasında əlaqələr müxtəlif istiqamətlər üzrə durmadan inkişaf edir və sözügedən bəyannamənin imzalanması da bu prosesə öz töhfəsini vermiş olacq".




Baxış sayı: 622
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031