Ukraynada “Şuşa İli” çərçivəsində silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “Şuşa İli” çərçivəsində İrpen şəhər Muzeyi və Taurida Milli Universitetində “Şuşa ili” ilə bağlı fotosərgilər keçirilib.
Sərgilərdə Birliyin sədri Fərid Şahbazlı, İrpen şəhər Meriyasının, universitetin rəhbərliyi, tələbələr, müəllimlər iştirak ediblər. Sərgilərdə Şuşanın tarixi, mədəni irsi, işğal dövründə məruz qaldığı vandallıq, təbiəti, turizm potensialı, Prezident İlham Əliyevin Şuşaya səfərlərini əks etdirən fotolar nümayiş olunub.
Eyni zamanda, Qarabağda qazandığımız böyük Zəfər və Şuşa şəhərinin Azərbaycan üçün siyasi-strateji əhəmiyyəti haqqında Ukrayna ictimaiyyətinin nümayəndələrinə geniş məlumat verilib. Sərgidə nümayiş etdirilən fotolar və Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ukraynalılar tərəfindən böyük maraqla qarşılanıb, ukraynalı gənclər bu şəhəri ziyarət etmək arzusunda olduqlarını bildiriblər.
Baxış sayı: 526
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

