FACT-INFO.AZ » XƏBƏR » Şərəfli döyüş yolu keçən Şəhid komandir Habil Cahangirli
17-02-2022, 09:55 | XƏBƏR
Şərəfli döyüş yolu keçən Şəhid komandir Habil Cahangirli

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Zəfər tariximizə postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin töhfəsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində "Şəhidlər ölməz-Vətən bölünməz" kitabının mövzusuna uyğun olaraq Xəzər rayonu ərazisində 25 Şəhidimiz haqqında məlumatlar toplayırıq. Bu dəfə şərəfli döyüş yolu keçən Şəhid komandir Habil Cahangirli haqqında söhbət açırıq. Belə zirvələrə ucalanlardan biri Cahangirli Habil Həzər oğludur.

O, 1980-ci ildə Lerik rayonun Veri kəndində anadan olub. İki bacı, on bir qardaş olan böyük bir ailənin bir üzvü Habil idi. 1997-2001-ci illərdə BDU-da təhsil alan Habil sonradan zabit kimi sərhəd qoşunlarında xidmət edir. 2004-cü ildən leytenant kimi ehtiyata buraxılır. 2009-cu ildə ailə həyatı qurur. 2 övladı dünyaya gəlib. Ailə üzvlərinin verdiyi məlumata görə, ilk baxışda sərt xarakterli insan təsəvvürü yaradan Habil insanlara, xüsusilə, öz uşaqlarına qarşı çox mehriban, qayğıkeş olub. Ona müraciət edilən istənilən məsələ ilə bağlı Habil heç kimi ümidsiz yola salmazdı.

Şəhidimizin həyat yoldaşı Günel xanım fikirlərini belə açıqlayıb: “Habil gözəl ailə başçısı olmaqla yanaşı çox səxavətli insan idi. Allah ona bütün müsbət keyfiyyətləri vermişdi. Onda Vətənə, torpağa bağlılıq necə olubsa, ailəyə də bağlılıq elə möhkəm idi. O, ailəsi ilə birlikdə gəzməyi, səfərlərə çıxmağı çox xoşlayırdı. İki övladımız 11 yaşlı Fərid, 7 yaşlı qızımız var. Nə qədər çətin olsa da bu gün onlar atalarının keçdiyi şərəfli döyüş yolu ilə fəxr edirlər. Atası oğlumuza polis, qızımıza həkim olmağı tövsiyə edirdi. Bu gün mən baxıram övladlarımız çox səylə çalışırlar. Əvvəl atalarının yoxluğu ilə barışmırdılar. Bu gün artıq baxıram bu, uşaqlar öz atalarının həyat hekayətini eşidəndə, məktəbdə onun şəklini görəndə qürur hissi keçirirlər. Mən də çalışıram övladlarımız atalarının adına layiq böyüsünlər. Onu da deyim ki Habil uşaqlara hər zaman deyirdi ki, heç bir çətinliyin qarşısında əyilməyin. Hər hansı hadisə baş versə çətinliyin qarşısına dik çıxmaq lazımdır. Görünür, atalarının bu tövsiyəsi uşaqlarının köməyinə çatır”.

Xəzər rayonu Binə qəsəbəsində yaşayan Habil 2020-ci ilin sentyabrın 27-də başlayan II Qarabağ müharibəsinə zabit kimi yollanır. O, Füzulinin, Xocavəndin azad olunmasında zabit kimi böyük fədakarlıqlar göstərir. Şərəfli döyüş yolu keçən Cahangirli Habil Şuşaya qədər gedib çıxır. Xocavəndin, Füzulinin azad olunmasına görə, medallarla təltif olunur. Binə qəsəbəsində Şəhidlər Xiyabanında Habil dəfn olunub.

Onun iki övladının, qohumlarının, ailə üzvlərinin və onu tanıyanların and yerinə çevrilən bu müqəddəs xiyaban, Binə Şəhidlər Xiyabanı həm də böyük tariximizə, 30 il gözlədiyimiz Zəfərimizə şahidlik edir. Ziyarətçilərin təskinlik məbədinə çevrilən ölkə ərazisindəki bu məzarlıqlarda dolaşan ruhlar sakitlik tapıblar. Ona görə, Şəhidlərimizin ruhları rahatlıq tapır ki, Zəfər, Qarabağ, Şuşa bizim oldu!

Fact-info.az




Baxış sayı: 1 659
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031