FACT-INFO.AZ » SİYASƏT » Ölkəmizdə qarşıda duran strateji vəzifələrin həyata keçirilməsi istiqamətində çox ciddi addımlar atılmaqdadır
17-02-2022, 09:40 | SİYASƏT
Ölkəmizdə qarşıda duran strateji vəzifələrin həyata keçirilməsi istiqamətində çox ciddi addımlar atılmaqdadır

Elə bu səbəbdən də Prezidentin Ağdam və Ağcabədi rayonlarına səfəri çərçivəsində çox mühüm strateji əhəmiyyətli obyektlərin açılışı həyata keçirildi. Elektrik enerjisi istehsalı müəssisələrinin açılışı bu nöqteyi-nəzərdən çox böyük məna və əhəmiyyət kəsb edir. Bu baxımdan Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, habelə “Ağcabədi” yarımstansiyasının açılışını xüsusi qeyd etmək lazımdır. Bu elektrik stansiyalarının işə salınması nəticəsində regionun elektrik enerjisi ilə təminatı məsələsində vəziyyət daha da yaxşılaşacaq. Davos Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycan elektrik enerjisinə əlçatanlıq səviyyəsinə görə dünyada ikinci yerdə dayanır. Bu da onu göstərir ki, bu sahə Azərbaycanda prioritetdir və inkişaf tempinə malikdir.

Fact-info.az-ın məlumatına Görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin bu səfəri zamanı Ağdam Sənaye Parkında iki müəssisənin təməli qoyuldu. Bu hadisə onu göstərdi ki, qeyri-neft sənayesinin inkişafı ölkəmizin qarşısında duran prioritet məsələdir. Azərbaycanda turizmin inkişafı da mühüm sahələr sırasındadır. Bu nöqteyi-nəzərdən “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulması da təsadüfi sayılmamalıdır. Səfər çərçivəsində, həmçinin Ağdam şəhərində yeni yaşayış kompleksinin təməli qoyuldu. Bunun da çox böyük mənası və əhəmiyyəti var. Qarşıda duran əsas vəzifə işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunmasıdır. Böyük Qayıdışı təmin etmək üçün ərazilərin minalardan təmizlənməsi prosesi mühüm əhəmiyyət kəsb edir. Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması nəticə etibarilə Ağdam sakinlərinin öz torpaqlarına tarixi qayıdışını təmin edən mühüm addımlardan biri kimi dəyərləndirilməlidir. Səfər zamanı Prezident Ağdam Cümə məscidinin bərpa işləri ilə də yaxından tanış oldu. Məlum olduğu kimi, Ağdam Cümə məscidinin bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tarixi-mədəni irsimizin bərpası istiqamətində müstəsna işlər görür.

“Eyni zamanda, Prezidentin səfəri çərçivəsində Ağcabədidə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa edilən hərbi şəhərciyi istifadəyə verildi. Hərbi şəhərcikdə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi üçün qərargah, 3 əsgər kazarması, zabitlər üçün beşmərtəbəli və ikimərtəbəli 84 mənzilli 2 yataqxana, 2 yeməkxana, tibb, qarovul, texniki nəzarət-buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri mühəndis-kommunikasiya, o cümlədən elektrik və su təchizatı, havalandırma, yanğın-siqnalizasiya, rabitə-informasiya və videomüşahidə sistemləri ilə təchiz edilib. Belə şəhərciklərin yaradılması bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən müasir, güclü orduları sırasındadır. Eyni zamanda, onların yaşayış yerləri də sosial durumları da ən müasir standartlara cavab verir. Bu şəhərcik də bu baxımdan nümunəvi sayıla bilər. Prezidentin həm Ağdam, həm də Ağcabədiyə səfəri bir daha onu təsdiqlədi ki, ölkəmizdə qarşıda dayanan strateji vəzifələrin həyata keçirilməsi istiqamətində çox ciddi addımlar atılmaqdadır. Bu addımlar bütün ölkəni əhatə edir, təkcə Qarabağla, Şərqi Zəngəzurla kifayətlənmir. Azərbaycanın simasi bu gün kökündən dəyişməkdədir, bütün bunlar isə cəmiyyət, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”, - deyə Elman Nəsirov qeyd edib.




Baxış sayı: 609
Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031