FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanın ən müasir tarixində dərin iz qoyan insan
14-06-2016, 09:40 | SİYASƏT
Azərbaycanın ən müasir tarixində dərin iz qoyan insan

Xalqına və dövlətinə sonsuz sevgi və xidmət – bu, həqiqətən Ümummilli Lider, müasir Azərbaycan dövlətinin qurucusu, islahatçısı və memarına xas cizgilərdir”. Ukraynanın populyar internet nəşri olan “Versii.com” saytında iyunun 13-də yerləşdirilən “Heydər Əliyev: Azərbaycanın müasir tarixində dərin iz qoyan insan” analitik məqaləsi bu sözlərlə başlayır.

Məqalənin müəllifi, Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev yazır ki, 1991-ci ilin oktyabrında Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə ictimai-siyasi, iqtisadi vəziyyət ziddiyyətli və ağır idi. Bir tərəfdən, biz erməni işğalçılarının Azərbaycana qarşı ərazi iddiaları nəticəsində müharibəyə cəlb olunmuşduq, digər tərəfdən, Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin fəaliyyəti vəziyyəti daha da kəskinləşdirirdi. Bu, ölkənin ayrı-ayrı hərbi-siyasi qüvvələr tərəfindən bölünməsi və müstəqilliyin itirilməsi təhlükəsini doğururdu.

Bu qorxulu və çətin anda beynəlxalq nüfuza malik görkəmli siyasi xadim Heydər Əliyev xalqın tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürdü və şərəfli həyat yolunda Vətənə və millətə məhəbbətini sübut etdi. Məhz həmin gün, 1993-cü il iyunun 15-i Azərbaycan xalqının tarixinə əbədi olaraq Milli Qurtuluş Günü kimi daxil oldu. Məqalədə xüsusi vurğulanır ki, məhz bu gündən etibarən Azərbaycan dünya ölkələri və xüsusilə qonşu ölkələrlə normal münasibətlərin yaradılması kursu götürdü. Hakimiyyətə qayıdışla Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırdı, Azərbaycanı parçalamaq və məhv etmək üçün çalışan düşmənlərimizin planlarını alt-üst etdi. Ölkədə separatçılığın, dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ordu quruculuğu başladı. 1997-ci ilin iyun ayında Azərbaycanın Milli Məclisi ictimaiyyətin razılığı ilə iyunun 15-ini bayram günü elan etdi.

Analitik materialda daha sonra qeyd olunduğu kimi, Heydər Əliyev etibarlı əllərə və gələcək nəsillərə miras olaraq sabit inkişaf edən iqtisadiyyat, balanslaşdırılmış ictimai-siyasi vəziyyət, tolerant millətlərarası və dinlərarası mühit, eləcə də müstəqil Azərbaycan Respublikasının incə ustalıqla hazırlanmış uzaqgörən və çoxvektorlu xarici siyasətini qoyub getdi. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi idi. Azərbaycan xalqı xoşbəxtdir və fəxr edir ki, onun Heydər Əliyev kimi oğlu var.

Məqalədə həmçinin Heydər Əliyevin Ukrayna üçün gördüyü işlər, zamanı qabaqlayaraq Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi və humanitar sahələrdə müasir beynəlxalq əməkdaşlığın təməlini qoyması, Azərbaycan diasporunun nümayəndələrinə xüsusi diqqət yetirməsindən danışılır.

Məqalənin sonunda vurğulanır: “Heydər Əliyev Vətəni və Azərbaycan xalqı qarşısında borcunu bütünlüklə yerinə yetirdi: ölkəsini laləzara çevirdi, güclü, müstəqil dövləti - Azərbaycan Respublikasını qurdu və layiqli oğul – davamçısı və varisi olan İlham Əliyevi yetişdirdi.

Buna görə də Heydər Əliyevin böyük adı əbədi olaraq yaşayacaq”.

Məqalənin tam mətni bu resursdan tanış olmaq mümkündür:

http://versii.com/news/349794/

 

 

 

 




Baxış sayı: 1 838
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031