Fact-info.az APA-ya istinadən xəbər verir ki, V. Zelinski bu gün keçirdiyi brifinqdə deyib ki, bu barədə 100 faiz dəqiq məlumatı olan varsa, bu informasiyanı rəsmi Kiyevə təqdim etsin. Ukrayna Prezidenti belə informasiyanın dəqiq və geniş analizinin aparılacağını vurğulayıb: “Bu gün mediada genişmiqyaslı müharibə ilə bağlı həddən çox informasiyalar var. Mən daim kəşfiyyatdan böyük həcmdə məlumat, eyni zamanda ABŞ və müttəfiqlərinin mesajlarını alıram. Mən bizə olan bütün informasiyaları analiz etməliyəm. Bizdə çoxlu informasiya var, çünki bu, bizim sərhədlər, bizim ərazidir. Mən vətəndaşlara Prezident kimi həqiqəti danışmalıyam. Həqiqət isə odur ki, bizdə müxtəlif informasiyalar var. Təlaşa xidmət edən informasiyalar bizə kömək etmir”.
Qeyd edək ki, “Politico” qəzeti öz mənbələrinə istinadən yazıb ki, dünən ABŞ Prezidenti Co Bayden Qərb ölkələrinin liderləri ilə videokonfrans formatında görüşdə Rusiyanın Ukraynaya fevralın 16-da hücum edəcəyini bildirib.
Baxış sayı: 596
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

