FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində) layihəsinin icrasi ilə bağlı
11-02-2022, 20:05 | MƏDƏNİYYƏT
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində) layihəsinin icrasi ilə bağlı

Layihənin ideyası işğaldan azad olunmuş ərazilərdə ermənilərin tarixi-dini və mədəniyyət abidələrinə qarşı törətdikləri vandalizm aktlarını, abidələri saxtalaşdırmaq istiqamətində cinayət əməllərini faktlarla beynəlxalq aləm qarşısdında ifşa etməkdən ibarətdir. Bu səbəbdəb layihənin əhatə dairəsi Azərbaycan Respublikasının bütün ərazisini, o cümlədən 44 günlün Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizi əhatə edir.

Bu layihəni həyata keçirməkdə əsas məqsəd 30 ilə yaxın davam edən işğal nəticəsində ermənilərin Azərbaycana həm tarixən, həm də beynəlxalq hüquqla məxsus olan torpaqlarda tarixi-dini və mədəniyyət abidələrinə qarşı törətdikləri vandalizm aktlarını beynəlxalq ictimaiyyətə çatdırmaqdır. İkinci məqsəd ondan ibarətdir ki, erməni işğalçılarının tarixi-dini və mədəniyyət abidələrinin dağıdılmasını yaxud saxtalaşdırılmasını məqsədyönlü şəkildə, azərbaycanlılara qarşı düşünülmüş şəkildə etnik təmizləmə siyasəti həyata keçirdiyini sübut etmək və göstərməkdir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulub.

Əvvəlcə “Vandalizm” sənədli filminin çəkilməsi üçün zəruri faktoloji materialların toplanması və müsahibələrin alınması planlaşdırılır. Bununla əlaqədar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət olunaraq icazələr artıq alınıb. Çəkiliş qrupu formalaşdırılıb və heyətin Qarabağ bölgəsinə (Şuşa, Ağdam, Füzuli, Xocavənd rayonunun Tuğ və Düdükçü kəndləri) səfərləri həyata keçiriləcək. Bundan əlavə, mövzu üzrə mütəxəssis olan respondentlərdən müsahibələr alınac Daha sonra toplanmış materiallar əsasında “Vandalizm” sənədli filminin ədəbi-bədii ssenarisi yazılacaq. “Vandalizm” sənədli filminin ədəbi-bədii ssenarisi hazır olduqdan sonra isə ssenari redaktə üçün filmin redaktoru tərəfindən redaktə ediləcək, sənədli filmdəki tarixi məqamlar filmin elmi məsləhətçisi tərəfindən dəqiqləşdiriləcək, zərurət yarandıqda, zənginləşdiriləcək.

Bundan sonra ssenari əsasında sənədli filmin montaj prosesi həyata keçiriləcək, mətn oxunacaq, videomontaj həyata keçiriləcək.

“Vandalizm” sənədli filminin azərbaycan dilində olan versiyası hazırlanaraq müvafiq ekspert rəyi alınması məqsədi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ekspert komissiyasına təqdim olunacaq və zəruri dəyişikliklər ediləndən sonra müsbət rəy alınacaq. Bundan sonra sənədli film rus və ingilis dillərinə dublyaj olunacaq.

Növbəti mərhələdə layihə çərçivəsində hazırlanan “Vandalizm” sənədli filminin Bakı şəhərində yerləşən ali təhsil müəssisələrindən birində aparıcı KİV-lərin iştirakı ilə geniş ictimaiyyətə təqdimat mərasimi həyata keçiriləcək.

Sonuncu mərhələdə isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası ilə bağlı təsviri hesabat, maliyyə hesabatı və bütün digər zəruri sənədlər təqdim ediləcək.

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)” adlı layihənin icrasının səbəb olacağı nəticələrin sayı çoxdur. Bunlardan birincisi odur ki, 30 ilə yaxın davam edən işğal nəticəsində ermənilər tərəfindən tarixi-dini və mədəniyyət abidələrinin dağıdılması yaxur bunları saxtalaşdırılması ilə bağlı müfəssəl məlumatlar Azərbaycan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Son zamanlar Ermənistan rəhbərliyi növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirərək Azərbaycan Respublikasının son 30 ildə işğal olunmuş ərazilərdə aparılmış saxtalaşdırma, süni erməniləşdirmə faktlarını ifşa etmək səylərinin üzərinə kölgə salmaq istəyir.

Bu layihə Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətinə ciddi dəstək olacaq, Ermənistanın saxtakarlıq siyasətini bir daha ifşa edəcək. Layihə həmçinin Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı etnik təmizləmə siyasəti yürütdüyünü sübut edir, bu faktların gənc nəsil tərəfindən mənimsənilməsini təmin edir, indiki və gələcək nəsillər üçün informasiya müharibəsində zəruri faktoloji və arxiv material rolunda çıxış edəcək. Onu da vurğulamaq lazımdır ki, layihənin icrası nəticəsində beynəlxalq erməni lobbisi və onların havadarlarına qarşı mübarizənin ön sıralarında olan Azərbaycanın diaspor təşkilatları tutarlı və təkzibolunmaz materiallarla təmin ediləcək.

Fact-info.az




Baxış sayı: 954
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30