FACT-INFO.AZ » SİYASƏT » “Media haqqında” Qanunla bağlı hökumətə tapşırıqlar verildi - FƏRMAN
9-02-2022, 09:30 | SİYASƏT
“Media haqqında” Qanunla bağlı hökumətə tapşırıqlar verildi - FƏRMAN

Fact-info.az xəbər verir ki, Fərmanla “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- iki ay müddətində:

- Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının (bundan sonra – Şura) yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- “Media haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- üç ay müddətində:

- həmin Qanunun 30.1-ci və 59.2-ci maddələrində nəzərdə tutulmuş siyahıya dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 73.6-cı maddəsinə uyğun olaraq, Media Reyestrinin aparılması qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- həmin Qanunun 29.4-cü və 33.5-ci maddələrində nəzərdə tutulmuş xidmət haqlarının məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- həmin Qanunun 70.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, jurnalist vəsiqəsinin formasını, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləğini və həmin vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

- həmin Qanunun 73.8-ci maddəsinə uyğun olaraq, Media Reyestri şəhadətnaməsinin formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- Şuranın inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini bir ay müddətində həll etsin;

- həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilsin ki:

2.1. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.18-ci, 1.1.19-cu, 5.6-cı, 10.1-ci, 10.2-ci, 11.3-cü, 12.2-ci maddələrində, 12.5-ci maddəsinin ikinci cümləsində, 12.6-cı maddəsində, 16.3-cü maddəsinin ikinci cümləsində, 17.5-ci, 26.7-ci, 29.4-cü, 30.1-ci, 33.5-ci maddələrində, 35.1-ci və 35.2-ci maddələrinin birinci cümlələrində, 38.4-cü, 41.4-cü maddələrində, 42.1-ci maddəsinin ikinci cümləsində, 45.2-ci, 47.1.8-ci, 47.1.9-cu, 48.2-ci maddələrində, 54.5-ci və 54.6-cı maddələrinin birinci və ikinci cümlələrində, 54.7-ci, 55.8-ci, 57.6-cı, 57.7-ci, 58.3-cü, 58.6-cı, 59.2-ci, 62.2-ci, 62.4-cü, 65.2-ci, 65.2.3-cü, 65.4-cü, 65.4.4-cü maddələrində, 70.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 70.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 70.3-cü maddəsinin ikinci cümləsində, 70.5-ci, 70.6-cı, 73.2-ci, 73.4-cü, 73.5-ci, 73.6-cı, 73.8-ci, 74.3-cü, 75.1.7-ci, 75.2-ci, 75.4-cü, 76.1.2-ci, 76.1.3-cü və 78.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin Qanunun 30.1-ci maddəsində, 42.1-ci maddəsinin ikinci cümləsində, 45.2-ci, 48.2-ci, 59.2-ci və 73.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

- həmin Qanunun 29.4-cü, 33.5-ci maddələrində, 70.1-ci maddəsinin ikinci cümləsində və 73.8-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

- həmin Qanunun 11.3-cü maddəsində və 70.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

- həmin Qanunun 5.6-cı, 10.1-ci, 10.2-ci, 12.2-ci maddələrində, 12.5-ci maddəsinin ikinci cümləsində, 12.6-cı maddəsində, 16.3-cü maddəsinin ikinci cümləsində, 17.5-ci, 26.7-ci, 54.7-ci, 55.8-ci, 57.6-cı, 58.3-cü, 62.2-ci, 65.2-ci, 65.2.3-cü, 65.4-cü, 65.4.4-cü maddələrində, 70.1-ci maddəsinin birinci cümləsində, 70.3-cü maddəsinin ikinci cümləsində, 70.5-ci, 70.6-cı, 73.2-ci, 73.4-cü, 73.5-ci, 74.3-cü, 75.1.7-ci, 75.2-ci, 75.4-cü, 76.1.2-ci, 76.1.3-cü və 78.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi nəzərdə tutulur;

- həmin Qanunun 41.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

- həmin Qanunun 1.1.18-ci, 38.4-cü, 47.1.9-cu maddələrində, 54.5-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

- həmin Qanunun 1.1.19-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

- həmin Qanunun 35.1-ci və 35.2-ci maddələrinin birinci cümlələrində, 47.1.8-ci maddəsində, 54.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 57.7-ci və 58.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

- həmin Qanunun 62.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi:

- “Media haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə uyğun olaraq, Media Reyestrinin yaradılmasını Azərbaycan Respublikasının 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla altı ay müddətində təmin etsin və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görsün;

- həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilsin ki:

- Şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı Şuraya keçir;

- Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər;

- Şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək Milli Televiziya və Radio Şurasının Aparatı fəaliyyətini davam etdirir.

Şura:

- Şuranın strukturunun layihəsini və işçilərinin say həddinə (Milli Televiziya və Radio Şurası Aparatının işçilərinin say həddindən az olmayaraq) dair təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. bu Qanundan irəli gələn digər məsələləri həll etsin.




Baxış sayı: 757
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031