FACT-INFO.AZ » SİYASƏT » "Azərbaycan bizim üçün etibarlı strateji tərəfdaşdır" - Ukraynanın XİN rəhbəri
6-02-2022, 11:20 | SİYASƏT
"Azərbaycan bizim üçün etibarlı strateji tərəfdaşdır" - Ukraynanın XİN rəhbəri

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Ceyhun Bayramov 30 il ərzində qarşılıqlı maraqlar üzərində inkişaf edən və strateji səviyyəyə yüksələn münasibətlərimizin siyasi, iqtisadi-ticarət, mədəni humanitar sahələrdə möhkəmləndiyini, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini qeyd edib.

Azərbaycan və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalaraq, bir-birlərinin ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

Ceyhun Bayramov qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlərin bugünkü səviyyəsi xalqlarımızın və dövlət başçılarımızın iradəsinə söykənir. Bu xüsusda, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində, 14 yanvar 2022-ci il tarixində Ukraynaya səfərinin ikitərəfli əlaqələrə verilən önəmin göstəricisi kimi vurğulanıb.

Nazir, iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli strateji tərəfdaşlığın xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcəyinə inam ifadə edib.

Dmitro Kuleba məktubunda dövlətlərimizin diplomatik münasibətlərimizin tarixini hələ bir əsr bundan öncə yazmağa başladığını, ötən müddət ərzində həm Ukraynada, həm də Azərbaycanda bir çox dəyişikliklər olduğunu qeyd edən nazir Kuleba, yalnız dostluq, hörmət və xüsusilə də, hər iki dövlətin suverenliyi və ərazi bütövlüyünə olan qarşılıqlı hörmətin dəyişməz olaraq qaldığını vurğulayıb.

Azərbaycanın Ukrayna üçün etibarlı strateji tərəfdaşı olaraq qaldığını qeyd edən nazir, Ukrayna-Azərbaycan əməkdaşlığının, o cümlədən Xarici İşlər Nazirlikləri səviyyəsində mövcud əməkdaşlığın bundan sonra da etimad və qarşılıqlı anlayış əsasları ilə səmərəli şəkildə inkişaf edəcəyindən, birgə səylərin beynəlxalq arenada iddialı məqsədlərimizin gerçəkləşməsinə təsir edəcəyindən əminlik ifadə edib.

Nazirlər bir-birlərini təbrik edərək, iki dost xalqa sülh, əmin-amanlıq və rifah arzu ediblər.




Baxış sayı: 656
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031