Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında deyib.
“Həmçinin, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olan ölkələrin hökumətlərinə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyəyə, Gürcüstana, Yunanıstana, Bolqarıstana, Albaniyaya və İtaliyaya. Biz həqiqətən də bir komanda olaraq çalışdıq. Hesab edirəm ki, milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni, XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, biz şirkətlərin, enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadır. Əlbəttə k, onların töhfəsi çox dəyərli idi. O cümlədən beynəlxalq maliyyə institutlarının töhfəsi də”, - Prezident İlham Əliyev vurğulayıb.
Baxış sayı: 595
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

