Ekspert məqalədə Ermənistanın siyasi reallıqları, bu ölkənin ABŞ hökuməti tərəfindən Amerikanın tərəfdaşı rolunda düzgün qəbul edilməməsi haqqında yazır və bunu “kor-koranə dəstək” adlandırır.
A.Murinson yazır ki, elə yaxın vaxtlarda İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə qərarında Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistanın silahlı qüvvələrinin nəzarətində olduğunu bildirib. O qeyd edir ki, qonşu dövlətin ərazisinin Ermənistan tərəfindən işğalı çoxdan məlum olan bir faktdır ki, buna Amerika hökuməti layiqincə diqqət yetirmir. Əlavə olaraq, Riqada Şərq Tərəfdaşlığının sonuncu sammitində Avropa İttifaqı “Ermənistanın Avropa və Birləşmiş Ştatların maraqlarına münasib olmadığını” təsdiqləyib, onun Rusiya ilə münasibətlərdən hələ də asılı olduğunu bildirib.
Azərbaycan və Gürcüstan regionda gələcək qurduqları halda, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü və bu ölkənin torpaqlarını işğal etməsi səbəbindən regionun enerji layihələrindən kənarda qalıb. A.Murinson qeyd edir ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur. Həmçinin ölkənin bir çox strateji iqtisadi obyektləri, o cümlədən enerji, nəqliyyat, bank və telekommunikasiya sektoru əsasən Rusiya şirkətlərinin əlindədir.
Müəllif sonda bildirir ki, xarici siyasəti Amerika ilə bir araya sığmayan Ermənistan ABŞ-ın maraqlarına uyğun deyil. Ancaq Vaşinqtondan kifayət qədər maliyyə yardımı alır. Buna görə də ABŞ Ermənistana münasibətdə ölçü götürməlidir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:http://dailycaller.com/2015/07/16/if-you-love-a-country-set-it-free-the-case-for-cutting-aid-to-armenia/ .
Baxış sayı: 2 085
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

