FACT-INFO.AZ » XƏBƏR » Qərbin sərt təpkisi, ukraynalıların mübarizliyi təcavüzün qarşısını alacaqmı?
31-01-2022, 11:25 | XƏBƏR
Qərbin sərt təpkisi, ukraynalıların mübarizliyi təcavüzün qarşısını alacaqmı?

Təbii ki, böyük təlatümlər, itkilər hesabına qazanılmış müstəqillik hər bir xalqın əvəzolunmaz sərvətidir. Bundan heç kimin vaz keçməyəcəyi şübhəsizdir.

Hazırda Ukrayna problemi ilə bağlı Qərblə Rusiya arasında davam edən intensiv danışıqların mahiyyətində o durur ki, Rusiyanın belə planları birbaşa onun özünə ziyan vuracağı ehtimalı böyükdür. Artıq Şimal qonuşumuz da yaxşı anlayır ki, 2008-ci ilin avqust ayı deyil. Xatırladırıq ki, o zaman Gürcüstanın işğalına, sonrakı dönəmlərdə Ukraynada bəzi ərazilərinin Rusiya tərəfindən ilhaqı ilə bağlı dünya dövlətləri yalnız ənənəvi bəyanat səsləndirməklə kifayətlənmişdilər. Bu gün dünya tamamilə dəyişib. Onu da anlamaq olar hazırda Avropanın qaz asılılığı Rusiyanın təzyiq vasitələrindən biridir. Müşahidilər göstərir ki, Avropa dövlətləri qaz təzyiqinə böyun əymək fikrində deyillər.

Digər bir zəruri məsələ ondan ibarətdir ki, ukraynalılar birmənalı şəkildə xarici təcavüzə qarşı səfərbər olmaqdadırlar. Həm hərbi, həm psixoloji baxımdan onlar bütün hazırlıqlarını davam etdirirlər. Ən müasir silahlarla təmin edilən Ukraynanın sona qədər dirəniş göstərəcəyi realdır. Nəhayət Rusiyanın böyük əhali kütləsinin belə qarşıdırmalara, öz övladlarını ölümə göndərməyə razılıq verəcəyi inandırıcı deyil.

Görünən odur ki, yeni dünya düzənində bütün proseslər Rusiyanın əleyhinə işləyir. Böyük itkilər, öz iqtisadiyyatına zərbə vurmaq, dünyada antirus meyllərinin gücləndirilməsi Rusiyaya dögurdanmı lazımdır? Yəqin ki, Kreml bu sualları saf-çürük edəcək. Narahatlıq doğuran, dünyanı sabitliyə və yaxud təlatümə aparacaq çox maraqlı proseslərin astanasındayıq.

Əkrəm Bəydəmirli




Baxış sayı: 724
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031