FACT-INFO.AZ » SİYASƏT » Avropa Parlamentinin deputatı: Avropa Komissiyası Metsamor AES-də yoxlamalar aparmalıdır
10-06-2016, 10:50 | SİYASƏT
Avropa Parlamentinin deputatı: Avropa Komissiyası Metsamor AES-də yoxlamalar aparmalıdır

 

Bu fikirləri Avropa Parlamentinin Avropa Xalq Partiyası-Xristian Demokratlar Qrupunun üzvü xanım Ramona Nikole Manesku söyləyib.

O deyib: “Biz Avropanın enerji siyasətini, o cümlədən nüvə enerjisindən istifadə məsələsini Avropa Parlamentində müzakirəyə çıxarmışıq. Hazırda bir sıra Avropa dövlətləri atom elektrik stansiyasından istifadə edir. İndi ayrı-ayrı ölkələrdə müasir standartlara cavab verən atom enerjisindən yeni istifadə mənbələri də yaradılmaqdadır. Bu, Avropa İttifaqı, ümumiyyətlə, hamı üçün bir normadır. AES-lər üçün yeni və etibarlı texnologiya isə əsas şərtdir. Avropa Komissiyası Ermənistandakı Metsamor AES-də yoxlama aparmalıdır və biz əmin olmalıyıq ki, bu stansiya müasir standartlara cavab verir, ya yox. Bundan şübhəliyəm. Çünki atom elektrik stansiyalarının istifadə müddəti 25 ildən maksimum 40 ilə qədərdir. Qırx ildən sonra bu cür stansiyalar bağlanmalıdır və yenisi tikilməlidir. Hesab edirəm ki, Avropa Komissiyası səviyyəsində, səlahiyyətə uyğun ciddi və lazımi qərar qəbul edilməlidir”.

“Bu stansiya təkcə region üçün deyil, bütün Avropa üçün təhdiddir”, -deyən Avropa Parlamentinin deputatı vurğulayıb ki, standartlara cavab verməyən atom elektrik stansiyaları fəaliyyəti dövründə yerləşdiyi regionun flora və faunasına, həmçinin su mənbələrinə böyük ziyan vurur. Bu mənada istifadə müddəti çoxdan bitmiş Metsamor Atom Elektrik Stansiyası canlı aləm üçün əsl təhlükə mənbəyidir. Üstəlik, Ermənistan tərəfi Azərbaycanın istifadə etdiyi içməli su mənbələrini bu AES-in tullantıları ilə çirkləndirir. Bu da aydındır ki, Metsamor AES seysmik zonada yerləşir. Köhnəlmiş bir stansiyanı qorumağa cəhd edən Ermənistan hökuməti, ilk növbədə, öz vətəndaşları haqqında düşünməlidir. Eyni zamanda, region barədə də narahat olmalıdır. Çernobıl faciəsi hələ də unudulmayıb. Fukuşimada baş vermiş faciənin də şahidi olduq. Biz çox ehtiyatlı olmalıyıq. Əhalinin həyat və sağlamlığı naminə tələb olunan təhlükəsizlik standartlarını yerinə yetirmək lazımdır.

Avropa Parlamentinin deputatı hesab edir ki, istifadə müddəti keçmiş AES-lər məsələsinə daha ciddi yanaşılmalıdır. Sonradan gec olacaq. Çünki bu cür stansiyalarda baş vermiş faciələrin nəticələrini dünya dövlətləri neçə illər keçməsinə baxmayaraq hələ də tam aradan qaldıra bilməyib.

 

 




Baxış sayı: 2 009
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031