FACT-INFO.AZ » SİYASƏT » Milli Məclisin Komitəsi qanunların icrasına nəzarəti artırıb – Payız sessiyasında hansı işlər görülüb?
27-01-2022, 12:45 | SİYASƏT
Milli Məclisin Komitəsi qanunların icrasına nəzarəti artırıb – Payız sessiyasında hansı işlər görülüb?

Bu barədə sözügedən Komitənin illik fəaliyyətinə dair hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, payız sessiyası zamanı 2 qanun layihəsi üç oxunuşda, 2 qanun layihəsi isə bir oxunuşda müzakirə olunaraq Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Sessiya dövründə 2022-ci ilin dövlət büdcəsi Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət və Regional məsələlər komitələri ilə birgə aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə üç oxunuşda müzakirə edilib. Hesabatda daha sonra bildirilir ki, Komitə iclaslarında ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadə, əhalinin icmali su ilə təminatı, çirkab suların təmizlənməsi, tullantıların idarə olunması, təhlükəli tullantıların emalı və məhv edilməsi, Xəzər dənizinə axıdılan çirkab suların qarşısının alınması və digər məsələlərlə bağlı təkliflər irəli sürülüb.

“Payız sessiyasında vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 198 ərizə və məktub, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara komitədə baxılaraq tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılıb və qanun çərçivəsində həllinə nail olunub”, - sənəddə vurğulanır.

Bundan başqa sənəddə komitə sədri və üzvlərinin 44 günlük Vətən Müharibəsinin şəhidləri olan qəhrəmanlarımızın anım mərasimlərində iştirak etməsi, şəhid ailələri və qazilərlə görüşləri, onların problemləri ilə yaxından maraqlanması da əskini tapıb. Komitədən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə “Yaşıl Enerji Zonası” yaradılmasına dair ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq günəş, külək, biokütlə, termal, giotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədi ilə həmçinin su anbarlarında, göllərdə, kiçik çalylarda su elektrik stansiyalarının tikilməsi və s. məslələrlə dair görülən işlərlə bağlı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə birgə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Hesabatda maraqlı məqamlardan bir də odur ki, Komitə polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablarla bağlı qanunvericilik normasının icra vəziyyəti ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ictimai iaşə obyektlərinin nümayəndələri, sahibkarlıq subyektləri və sahibkarlarla aparılmış işlərə dair məlumatlandırılıb. Komitədən aidiyyatı qurumların fəaliyyətinin daha da sıx koordinasiya edilməsi və intensivləşdirlməsi tövsiyə edilib. Bununla yanaşı qadağan olunmuş məmulatların məhv edilməs ilə bağlı Bakı Baş Gömrük İdarəsi tərəfindən “plasmas stəkanlar” adlı mallar dövlətin xeyrinə imtina edilərək rəsmiləşdirilməsi, bir halda “polietilen torbalar” adlı malların məhv edilməsi ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi məlumatlandırılıb və bu quruma aparılmış işlərin davamlılığı tövsiyə edilib.

Hesabatın sonunda qeyd olunur ki, sessiya dövründə Komitə sədri işğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyəti ilə bağlı KİV-lərdə açıqlamalar və məqalələrlə çıxış edib.

“Komitədə təmsil olunan deputatlar sessiya dönəmində, Komitə iclaslarında və plenar iclaslarda fəal iştirak edib, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb, KİV-də dövlət siyasətinə uyğun olaraq çıxışlar edib, həmçinin Milli Məclisin rəhbərliyi ilə birlikdə xarici ölkələrdə layiqincə təmsil olunublar”, - deyə sənəddə vurğulanır.




Baxış sayı: 628
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031