FACT-INFO.AZ » SİYASƏT » “Əsəb müharibəsi” – Ukrayna ətrafında yaranan gərginliyin əsas səbəbləri
26-01-2022, 09:40 | SİYASƏT
“Əsəb müharibəsi” – Ukrayna ətrafında yaranan gərginliyin əsas səbəbləri

Ukrayna Rusiya münasibətlərində yaranan gərginlik son bir ayda dünya mediasının baş xəbərinə çevrilib. Müharibə təhlükəsi dünya liderlərini narahat etməyə başlayıb. Buna səbəb isə Rusiyanın Ukrayna ilə sərhədə genişmiqyaslı hərbi kontingentini və texnikasını yığmasıdır. Bu proses bir ilə yaxındır davam etsə də, proseslərin kulminasiya nöqtəsinə çatdığını düşünmək olar. Proseslər o məcraya gəlib ki, artıq Rusiya və ABŞ rəsmiləri ultimatum tonunda bəyanatlar verməkdən belə çəkinmirlər. Son bir ayda ABŞ, Kanada kimi ölkələrlə yanaşı, Britaniyadan da hərbi yardımların ardı-arası kəsilmir.

Bu gün hamını bir sual düşündürür, doğurdanmı müharibə olacaq? Qərbin iddia etdiyi kimi, Rusiya Ukraynanın böyük bir hissəsində hərbi kontingentini yerləşdirəcək? AZƏRTAC-ın xüsusi müxbiri bu suala cavab tapmağa çalışıb.

Ukraynada hərbi və siyasi ekspertlərin əksəriyyəti genişmiqyaslı müharibənin olacağını düşünmür. Düzdür, Donbasda, Luqanskda lokal hərbi toqquşmaların baş verəcəyini proqnozlaşdıranlar var. Onların fikrincə, Rusiya Krımın iqtisadi və siyasi təhlükəsizliyini daha da möhkəmləndirmək üçün həmin istiqamətdə hər hansı hərbi müdaxilə edə bilər. Ancaq genişmiqyaslı müharibədə nə Rusiya udar, nə də Qərb. Rusiya rəsmiləri Ukraynaya hər hansı hərbi müdaxilənin olacağı barədə yayılan məlumatları dəfələrlə təkzib ediblər. Amma Rusiyanın müəyyən etdiyi “qırmızı xətti” var, bu da Ukraynanın NATO-ya üzv qəbul olunmasıdır. Sözsüz ki, Rusiya öz sərhədi yaxınlığında NATO hərbi qüvvələrinin yerləşdirilməsi ilə heç cür barışa bilməz. Rəsmi Moskvanın hərbi güc nümayiş etdirməsinin arxasında həm də NATO-nun Ukraynadan imtinası dayanır və bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə dəfə səsləndirib.

Ukraynanın müdafiə naziri Oleksey Reznikov bəyan edib ki, hərbi nöqteyi-nəzərdən baxılsa, Rusiyanın günü-sabah Ukraynaya hücum edəcəyi inandırıcı deyil, ancaq gərginlik mövcuddur. Nazirin açıqlamasına əsasən, bu gün Rusiya silahlı qüvvələri Ukraynanı işğal edə biləcək zərbə qrupu yaratmayıb. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov da Rusiyanın Ukraynaya müdaxiləsini fiziki cəhətdən mümkünsüz adlandırıb. Onun sözlərinə görə, Rusiyanın tammiqyaslı hücumu üçün heç bir əsas yoxdur. Ukrayna Prezidenti Volodimir Zelenski isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra deyib ki, hər şey nəzarət altındadır və panikaya əsas yoxdur.

Açıqlamalardan göründüyü kimi, rəsmi Kiyev də genişmiqyaslı müharibənin olacağını düşünmür. Düzdür, Ukraynanın xarici siyasətində NATO-ya üzv olmaq prioritet məsələdir. Ancaq bu, real görünmür, çünki NATO-nun nizamnaməsində münaqişə ocağı olan ölkələrin üzvlük məsələsi mümkünsüzdür.

Bəs yaranan gərginliyə səbəb nədir? Ukraynalı ekspertlər hesab edirlər ki, Rusiyanın məqsədi Ukrayna rəhbərliyini, cəmiyyətini və onun Qərb müttəfiqlərini Donbasdakı təcavüzə qarşı silahlı müqavimətdən əl çəkməyə, atışmalara son qoymağa və bununla da Donbas və Krımı tanımağa məcbur etməkdir.

Yaranmış gərginlikdən Ukraynanın udacağı bir məsələ oldu, bu da ölkənin silahlanmasıdır. Ukrayna müdafiə naziri Oleksey Reznikov bildirib ki, ABŞ və Böyük Britaniya Ukraynaya əvvəllər “ancaq xəyal edə biləcəyimiz silahlar” verib.

Müasir müharibə əsəblərin müharibəsidir. Bəli, bölgədə əsəb və gərginlik var, ancaq genişmiqyaslı müharibə ehtimalı yoxdur.

Emil Hüseynli




Baxış sayı: 763
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031