S.Yusifova qeyd edib ki, bu zəfər regionda sülh, təhlükəsizlik, əməkdaşlıq, əminamanlıq üçün yeni perspektivlər açır. “Bu zəfər uzun illər tapdalanan ədalətin təntənəsidir. Azərbaycan xalqı özünü heç zaman olmadığı qədər güclü və qürurlu hiss edir. Bu zəfərin iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək və ölkəmizin tranzit əhəmiyyətini, regionun geoiqtisadi mənzərəsini tamamilə dəyişəcək. Zəfərimizin əsl qiymətini ondan bəhrələnəcək gələcək nəsillər verəcək. Dünya artıq yeni reallığı qəbul edib”, - deyə S.Yusifova bildirib.
PA rəsmisi qeyd edib ki, Azərbaycan yeni strateji inkişaf mərhələsinə qədəm qoyub, işğaldan azad edilən ərazilərdə sürətli və genişmiqyaslı quruculuq və bərpa işlərini öz resursları hesabına həyata keçirir. “Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi dünya tarixində bu qədər sürətli bərpa və quruculuq işləri görülməyib. Xalqımız quruculuq işləri ilə də yeni tarix yazır. Bu Zəfər son 200 ildə formalaşdırılmış erməni miflərini darmadağın etməklə əsl kimliyimizi ortaya qoymağa imkan verdi”, - deyə o qeyd edib.
Baxış sayı: 598
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

