FACT-INFO.AZ » SİYASƏT » “Kimin təcavüzkar, kimin təcavüz qurbanı olduğunu görmək üçün regionun xəritəsinə baxmaq kifayətdir”
7-06-2016, 23:40 | SİYASƏT
“Kimin təcavüzkar, kimin təcavüz qurbanı olduğunu görmək üçün regionun xəritəsinə baxmaq kifayətdir”

Fact-info.az  Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Kansleri Angela Merkel ilə görüşdən sonra birgə mətbuat konfransında deyib. İlham Əliyev bildirib: "Kimin təcavüzkar, kimin təcavüz qurbanı olduğunu görmək üçün regionun xəritəsinə baxmaq kifayətdir". 

Prezident İlham Əliyev əlavə edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. 

Dövlət başçısı qeyd edib ki, Ermənistan Xocalıda hərbi cinayət, soyqırım törədib və hazırda Xocalı faciəsi 10 ölkə tərəfindən soyqırım kimi tanınıb. Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər öldürülüb və bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verib. 

Prezident İlham Əliyev bildirib ki, Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də Azərbaycanın digər yeddi rayonunu işğal edib, Azərbaycanın tarixi abidələrini, məscidlərini dağıdıb. İşğalçı beynəlxalq vasitəçilərin münaqişəni sülh yolu ilə nizamlanması çağırışlarına məhəl qoymur. 

Dövlət başçısının sözlərinə görə, sonsuz danışıqları uzatmaq üçün Ermənistan tərəfi, məsələn, aprelin əvvəlində olduğu kimi danışıqlar prosesini pozmaq məqsədilə bəzən təxribatlar törədir. Lakin bu dəfə Ermənistan tərəfi nəticələrlə bağlı yanıldı, Azərbaycan Ordusunun əks-hücumü nəticəsində Azərbaycan öz torpaqlarının bir hissəsini geri qaytara bildi. 

Azərbaycan Prezidenti bildirib ki, Ermənistan hökuməti beynəlxalq hüquq normalarına riayət etməlidir, digər ölkələrin qanunsuz işğalı tamamilə qəbuledilməzdir. Dövlət başçısı, həmçinin qeyd edib ki, Ermənistan işğalı dayandırmağa başlamalıdır, bundan sonra bütün əlaqələr açılacaq, nəqliyyat əlaqəsi bərpa ediləcək, həmçinin istənilən hərbi ssenari ehtimalı aradan qalxacaq. 

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir: "Biz hərbi əməliyyatları dayandırdıq, çünki müharibə istəmirik, bizə sülh lazımdır. Azərbaycan ərazilərini geri qaytarmaq istəyir".

 

 

 




Baxış sayı: 1 697
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031