Fact-info.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar mətbuat təmsilçiləri ilə görüşündə deyib. Qafqazda davamlı sülh və sabitliyə nail olmağın əsas məqsəd olduğunu vurğulayan Türkiyənin milli müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana birgə təklif etdiyi sülhün bu ölkə tərəfindən qəbul edilməsinin vacibliyini vurğulayıb: "Cənab Əliyev və cənab prezidentimizin Ermənistana birgə uzatdığı sülh əlinin başa düşülməsi və Ermənistanın uzadılan bu əli qəbul etməsi, bu fürsətdən istifadə edilməsi bizim arzumuz və istəyimizdir. Məsələ tək Azərbaycan - Ermənistan deyil, bütün regionun - Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran - bütövlükdə sabitlik adasına çevrilməsidir”.
Baxış sayı: 703
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

