Coğrafi fikir tarixi şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Abil Haqverdiyevin müəllifi olduğu kitab İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun baş redaktorluğu ilə ərsəyə gəlib.
Müəllif əsərində Azərbaycan haqqında tarixi-coğrafi fikirlərin qısa icmalını, ölkəmizdə ekoloji landşaftı tədqiqatlarının dinamikası və yeni tədqiqat metodlarının tətbiqi, landşaft ehtiyatları, landşaft tədqiqatlarında geofiziki metodlardan istifadənin elmi təcrübi əsasları və onların səmərəli istifadəsinin ekoloji aspektlərini geniş əks etdirib. Kitabda toplanan elmi-kütləvi məqalələrdə Azərbaycanda coğrafiya elminin inkişafında böyük rol oynamış coğrafiyaşünas Hacı Zeynalabdin Şirvaninin, akademiklər Həsən Əliyevin, Budaq Budaqovun, Ramiz Məmmədovun, professor Əlabbas Mədətzadənin və digərlərinin elmi irsi araşdırılıb.
Uzun illərin tədqiqatının nəticəsi olan bu nəşr tədqiqatçı alimlər, tələbələr və geniş elmi ictimaiyyət üçün nəzərdə tutulub.
Baxış sayı: 698
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

