Bu barədə Fact-info.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.
Qeyd olunub ki, 2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır.
“Eternity - 2022”, “EFES - 2022”, “Sarsılmaz Qardaşlıq - 2022”, “Qış təlimi - 2022”, “Beynəlxalq Ordu Oyunları - 2022” və digər beynəlxalq təlim və yarışlar bura cəlb ediləcək hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək.
Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub.
Baxış sayı: 707
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

