Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib. Onun sözlərinə görə, onlardan 3729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb: “2021-ci il ərzində Vətən müharibəsinin 2500-dən artıq qazisinə əlillik təyinatı aparılıb. Ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyaları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”.
Onun sözlərinə görə, qazilərdə və ümumilikdə cəmiyyətdə belə bir stereotip yaranıb ki, yaralanma varsa, mütləq bu, əlillik deməkdir: “Yaralanmanın nəticəsində mövcud olan fəsadlar, funksional pozuntular əlillik təyinatına əsas verirsə, bu halda əlillik təyin olunur. Hərbidən tərxis olunmaq, yaralanmaq başqa, əlillik isə başqa məfhumdur. Hərbidən tərxis olunan şəxsin əlillik təyinatının olması üçün mütləq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməli və həmin göndəriş əsasında qiymətləndirilmə həyata keçirilməlidir. Hərbiyə qismən və ya tam yararsız olanda şəxs tərxis olunur. Tərxis olunmaya səbəb olan xəstəlik və ya travmanın ağırlaşmalarının əlillik təyinatına əsas verib-vermədiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan ekspert komissiyalarının fəaliyyət sahəsidir”.
Baxış sayı: 933
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

