Milli Arxiv İdarəsindən bildirilib ki, bu istiqamətdə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi tərəfindən hazırlanmış “Nizami Gəncəvi – 880” adlı sənədli videoxülasədə dahi Azərbaycan şairi, mütəfəkkir Nizami Gəncəvi irsinin yaşadılması və təbliği məqsədilə həyata keçirilmiş elmi, mədəni-kütləvi tədbirlərə, görkəmli elm və mədəniyyət xadimlərinin Nizami yaradıcılığı barəsində söylədikləri fikirlərə yer verilib.
Geniş ictimaiyyətə təqdim edilən sənədli videoxülasə Dövlət Səs Yazıları Arxivində mühafizə edilən fono və videosənədlər əsasında hazırlanıb. Sözügedən xülasədə sənədlərin bəziləri ilk dəfə elmi ictimaiyyətə təqdim edilir. Sənədlər əsasən, dahi Nizami Gəncəvinin 800, 840 illik yubileylərinin keçirilməsi, Nizami Gəncəvinin heykəlinin Bakıda ucaldılması və digər mövzular haqqındadır.
Xronoloji ardıcıllıqla verilən sənədlər haqqında məlumat başlıqlarla açıqlanıb. Sözügedən videoxülasə Milli Arxiv İdarəsinin rəsmi yutub səhifəsinə yerləşdirilib.
Baxış sayı: 744
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

