Bu tarixi Zəfər özündə bir sıra mənəvi məqamları cəmləşdirir. Prezident İlham Əliyevin “Şuşa ili” ilə bağlı qərarı bir daha göstərdi ki, Qafqazın incisi hesab olunan bu qədim Şuşa hər zaman Azərbaycan üçün birlik və Zəfər rəmzi olacaq.
Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında tanınmış diplomat, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç söyləyib.
O deyib: “Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi təntənə ilə qeyd olunacaq. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıdakı illərdə də sürətlə inkişaf edəcək, böyük uğurlara imza atacaq. Müzəffər Ali Baş Komandanın sülh və inkişaf çağırışı bütün bölgə xalqlarının firavan həyatı üçün əhəmiyyətlidir. Ümid edirik ki, bütün tərəflər 2022-ci ildə bu çağırışı layiqincə dəyərləndirərək qarşılıqlı əməkdaşlıq yolu tutacaqlar. Azərbaycan-Türkiyə qardaşlığı yalnız dövlətlərimizə və xalqlarımıza deyil, regiondakı bütün tərəflərə firavan həyat vəd edir”.
Baxış sayı: 950
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

