Türkiyə Prezidentinin illik ən vacib səfərlərinin başında Azərbaycana edilən səfərləri yer alır. Belə ki, Türkiyə Prezidenti ilin ikinci səfərini Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 15-16-da Azərbaycana edib. Bu səfər zamanı iki ölkə liderləri tərəfindən “Şuşa Bəyannaməsi” imzalanıb. Türkiyə Prezidentinin Azərbaycana ikinci səfəri isə oktyabrın 26-da baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Vətənimizə gələn Prezident Ərdoğan bu səfər zamanı işğaldan azad edilən bölgələrdə olub, Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib.
Türkiyə Prezidenti bu müddət ərzində bir çox beynəlxalq tədbir və proqramlarda videokonfrans yolu ilə iştirak edib, videomesajlar göndərib.
Xarici səfərlər çərçivəsində Prezident Ərdoğanın NATO Dövlət və Hökumət Başçılarının Sammiti çərçivəsində bir çox görüşlərlə yanaşı, ilk dəfə olaraq ABŞ Prezidenti Co Bayden ilə ikitərəfli görüşü baş tutub. Nyu-York səfəri zamanı isə “Türk evi”nin açılışını edib. İl ərzində Prezident Ərdoğan üç Afrika ölkəsinə səfər edib ki, bunlardan ikisi - Togo və Anqola Türkiyə tarixində Prezident səviyyəsində ilk səfər edilən ölkələrdir. Ümumiyyətlə Prezidentliyi dövrü ərzində bu günədək Rəcəb Tayyib Ərdoğan 30 fərqli Afrika ölkəsinə səfər edib.
Türkiyə Prezidenti il ərzində çox sayda dövlət və hökumət başçısını ölkəsində qəbul edib, görüşlər keçirib.
Prezident Ərdoğan, Türk Dövlətləri Təşkilatının VIII Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan prezidentləri, Macarıstanın Baş naziri və Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevlə görüşüb.
İl ərzində “Bayraktar TB2” Silahlı Pilotsuz Uçuş Vasitələrinin ölkədən ixracına dair çox sayda ölkə ilə müqavilə imzalanıb.
Baxış sayı: 846
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

