FACT-INFO.AZ » SİYASƏT » Soltan Məmmədov: Valeri Perkesin Azərbaycan ərazilərinə qanunsuz səfəri Fransanın bəyan etdiyi siyasətin məzmununa heç cür uyğun gəlmir
28-12-2021, 09:10 | SİYASƏT
Soltan Məmmədov: Valeri Perkesin Azərbaycan ərazilərinə qanunsuz səfəri Fransanın bəyan etdiyi siyasətin məzmununa heç cür uyğun gəlmir

Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin dekabrın 27-də keçirilən iclasında söyləyib.

Deputat deyib: Fransanın Vətən müharibəsi dövründə tutduğu mövqe ATƏT-in Minsk qrupunun həmsədri kimi vacib bir missiyanı üzərinə götürmüş bu ölkənin tərəfsizliyinə əsaslı şübhələr yaratmışdı. Son dövrlərdə qarşılıqlı münasibətlərdə etimadın bərpa olunmasına yönəlmiş bəzi təşəbbüslərin şahidi olduq. Fransa hökuməti işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə töhfə vermək istəyini bəyan etdi. Prezident Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında qeyri-formal görüş təşkil olundu. Bu addımlar Fransanın Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin yaradılmasında iştirak etmək cəhdləri kimi qiymətləndirilir. Lakin Valeri Pekresin Azərbaycan ərazilərinə qanunsuz səfəri Fransanın bəyan etdiyi siyasətin məzmunu ilə heç cür uyğun gəlmir.

Yeri gəlmişkən, qeyd edim ki, bu gizli və qanunsuz səfər Fransanın müəyyən siyasi dairələrində də təəssüflə qarşılanıb. Fransa Milli Assambleyasında Azərbaycan-Fransa Dostluq Qrupunun vitse-prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber xüsusi bəyanatla çıxış edərək, Fransa və onun nümayəndələrini davamlı sülh naminə beynəlxalq hüququn elementar normalarına hörmət etməyə, qərəzsiz davranmağa çağırıb.

Biz seçki kampaniyasında namizədlərin müəyyən taktiki gedişlərə müraciət etmək məcburiyyətini anlayışla qarşılaya bilərik. Lakin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq hüququn fundamental prinsipləri heç bir halda seçki kampaniyasının elementi kimi istifadə oluna bilməz. Bu, həmin namizəd tərəfindən, ilk növbədə, öz ölkəsinə, eyni zamanda, beynəlxalq hüquqa hörmətsizlikdir”.

Soltan Məmmədov qeyd edib ki, bütün dünya 44 günlük müharibədən sonra regionda tamamilə fərqli bir reallığın yarandığını, təhlükəsizlik konfiqurasiyasının dəyişdiyini qəbul edir. Aparıcı dövlətlər, o cümlədən Fransa bu yeni tarixi mərhələdə regionda etimad mühitinin formalaşması, iqtisadi, siyasi, humanitar, mədəni əlaqələrin bərpasında mühüm rol oynaya bilər. Bu gün Azərbaycan-Fransa münasibətlərində tarixi əməkdaşlıq üçün çox yaxşı zəmin yaranıb. Bu zəminə əsaslanaraq, münasibətlərin inkişafına çalışmaq hər iki ölkəyə fayda verməklə yanaşı, regionun təhlükəsizliyinə və rifahına da xidmət edər.




Baxış sayı: 907
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031