FACT-INFO.AZ » XƏBƏR » QHT bayram sevincini qazilərlə bölüşdü
27-12-2021, 16:15 | XƏBƏR
QHT bayram sevincini qazilərlə bölüşdü

Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsində düşmən üzərində qələbə naminə sağlamlığını itirmiş əsgər və zabitlərimizə xüsusi diqqət və qayğı ilə yanaşmaq vətəndaş cəmiyyətini təmsil edən hər bir kəsin borcudur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Bakı Slavyan Universitetinin nəzdində Sosial-Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Gülnarə Həsənovanın, “İnci Company” şirkəti və “Naxçıvanlılar qrupu” təşkilatının dəstəyi ilə paytaxtın “Bizim məkan” ailəvi restoranında qəhrəman Vətən övladları – qazilər üçün bayram tədbiri keçirilib.

Dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçıları şəhidlik zirvəsinə ucalmış igid əsgər və zabitlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Qaziləri salamlayan “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova düşmən üzərində böyük Qələbənin Ali Baş Komandanın qətiyyətindən, hərbiçilərin rəşadətindən və xalqımızın həmrəyliyindən qaynaqlandığını vurğulayaraq, qaziləri bayramlar münasibətilə təbrik edib, tədbirin keçirilməsinə dəstək göstərən qurumlara və “Bizim məkan” kollektivinə təşəkkürünü bildirib.

Əzəl torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qanlı döyüşlərdə sağlamlığını itirmiş qazilər müharibə günləri ilə bağlı xatirələrini bölüşüb, dərin minnətdarlıq hissi ilə onlara göstərilən dövlət qayğısından danışıblar. Xalqımızın birliyi və həmrəyliyinin qələbəni şərtləndirən mühüm amillərdən biri olduğunu vurğulayan əsgər və zabitlər bu gün də sülh və əmin-amanlıq, haqq və ədalət uğrunda canlarından keçməyə hazır olduqlarını bildiriblər. Tədbirin sonunda qazı ailələrinə bayram sovqatları, övladlarına hədiyyələr təqdim olunub.

Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri




Baxış sayı: 907
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031