Təqdimat mərasimində ADNSU-nun Elmi işlər üzrə prorektoru, texnika elmləri doktoru Lətafət Qardaşova, Tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev, “Azİİ e-Kitab Evi”nin direktoru Səlahət Mahmudova, İctimai fənnlər kafedrasının müdiri, professor Camal Mustafayev, kafedranın baş müəllimi Könül Abdullayeva, kitabın müəllifi Yaqut Bahadurqızı, redaktoru, BSU-nin Beynəlxalq Munasibətlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Habil Məmmədov həmçinin şəhid ailələrinin üzvləri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Azİİ e-Kitab Evi"nin direktoru Səlahət Mahmudova 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq tarixi yazan şəhidlərimizin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını və onlar haqqında neçə-neçə kitablar, məqalələr yazılacağını deyib.
Sonra Vətən müharibəsi şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra tədbir iştirakçıları kitab haqqında fikirlərini bölüşüb, adlarını Azərbaycanın Zəfər tarixinə qızıl hərflərlə yazan şəhidlərə həsr olunmuş kitabın əhəmiyyətindən danışıblar. Şəhidlərin ailə üzvləri vətən topağı uğrunda canlarından keçən yaxınları haqqında xatirələrini bölüşüb, onların qısa, lakin şərəfli və mənalı həyat yolundan bəhs ediblər.
Tədbirin sonunda müəllifin kitabı “Azİİ e-Kitab Evi”nin bazasına təqdim edilib.
Qeyd edək ki, 721 səhifəlik "Ölümü ömür seçənlər" kitabı 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına canından keçən 39 kürdəmirli şəhidin qısa, lakin şərəfli həyatını əks etdirən oçerklərdən ibarətdir.
Baxış sayı: 750
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

