Baş İdarədən bildirilib ki, videoçarxda Avropa müqavimət hərəkatında faşizmlə mübarizədə yüksək əsgəri şücaət və igidlik göstərmiş həmyerlilərimizdən olan Əhmədiyyə Cəbrayılov haqqında geniş məlumatlar yer alıb. Qeyd edilir ki, Fransa müqavimət hərəkatının fəal iştirakçısı, İkinci Dünya müharibəsi cəbhələrində böyük fədakarlıqlar göstərən Ə.Cəbrayılovun ömrü tarixlərdə, dastanlarda əfsanələşib.
İgid həmyerlimiz Parisin faşistlərdən azad edilməsində xüsusi fərqləndiyinə görə Fransanın on yüksək orden və medalı ilə təltif olunub. O cümlədən, Fransanın "Milli Legion" ordeninə layiq görülüb.
Faşizmlə mübarizədə Azərbaycan xalqının adına dünyada şöhrət qazandıran və Fransa müqavimət hərəkatının ən fəal üzvlərindən sayılan Ə.Cəbrayılovun qəhrəmanlıqla dolu şərəfli ömür yolu ordumuzun əsgər və zabitlərinə ən qiymətli örnəkdir.
Videoçarx kitabxananın instaqram səhifəsində yerləşdirilib.
Baxış sayı: 877
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

