Kitabda Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanındakı uğurları geniş təhlil olunub. Xüsusilə, Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərməklə, Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi dəyərləndirilir. Bundan başqa, Azərbaycanın tarixi mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilir. Kitabda Qarabağ xanlığının paytaxtı - Şuşa qalasının və şəhərin qədim məhəllələrinin salnaməsi açıqlanır. Şuşa Azərbaycanın çoxəsirlik, zəngin şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi göstərilir.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitab beş bölmədən - “Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsini şərtləndirən amillər: hərbi-diplomatik və informasiya məkanında uğurlar”, “Şuşa- Azərbaycanın tarixi mədəniyyət paytaxtı, Qarabağın tacı və hərbi-strateji əhəmiyyətə malik qədim şəhər”, “Şuşa işğaldan əvvəl”, “Şuşa Ermənistan silahlı qüvvələrinin işğalından sonra”, “Şuşa işğaldan azad ediləndən sonra”.
Baxış sayı: 980
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

