Şəhidlərimiz haqqında hazırladığımız kitabın mövzusuna uyğun olaraq daha bir Şəhid qardaşımız Novruzov Şahin Şahlar oğlunun ailə üzvləri, anası İlahə xanım, kiçik qardaşı Maqsudla Xəzər rayonu Zirə qəsəbəsində görüşüb söhbət etdik. Anasının qeyd etdiyi kimi, Şahin tarix oxumasa da II Qarabağ müharibəsində Zəfərimizin qazanılmasında tarix yazıb.
Xatırladırıq ki, Novruzov Şahin Şahlar oğlu 3 fevral 1998-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. 2004-cü ildə E.Ağayev adına məktəbdə təhsil almağa başlayıb. 2007-ci ildə təhsilini yarımçıq qoyaraq ailəsi ilə birgə Bakının Zirə qəsəbəsinə köçüb.
Şahin Novruzov 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də könüllü olaraq hərbi xidmətə gedərək Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsi zamanı cəbhənin müxtəlif istiqamətlərində döyüşüb. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə Şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
Fact-info.az
Baxış sayı: 740
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

