Bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Bundestaqın qondarma “erməni soyqırımı” barədə qərarının tamamilə yanlış olduğunu vurğulayan Türkiyənin baş naziri deyib ki, qısa müddətdə bu yanlışlığın aradan qaldırılacağına ümid bəsləyirlər:
“Almaniyada 3 milyon türk yaşayır. Bu qərar Almaniyadakı türkləri də məyus edib. Xocalıda bir soyqırımı törədilib, nə üçün bunu nəzərə almırlar? Almaniya tarixi xətasını, eybini adiləşdirmək üçün parlament xətti ilə belə bir qərar qəbul edib”.
B. Yıldırım Türkiyənin tarixinin şəffaf olduğunu deyib:
“Beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa, Yaxın Şərqdə yaşanan faciələrə müşahidəçi qalmamağa dəvət edirik. Almaniya parlamentinin qərarından sonra Azərbaycana ən yüksək səviyyədə mövqeyini ortaya qoyduğu üçün təşəkkür edirəm”. (APA)
Baxış sayı: 1 739
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

