FACT-INFO.AZ » XƏBƏR » Şəhid qəhrəmanın fotolarından ibarət sərgi açılıb
15-12-2021, 12:45 | XƏBƏR
Şəhid qəhrəmanın fotolarından ibarət sərgi açılıb

Xətai Sənət Mərkəzində Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin vaxtilə çəkdiyi fotolardan ibarət “25 an – 25 yaş” adlı sərgi açılıb.

Sərgi Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Xətai Sənət Mərkəzinin birgə dəstəyi ilə təşkil olunub.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AFB İdarə heyətinin sədri Mirnaib Həsənoğlu sərgi haqqında məlumat verib. Bildirilib ki, sərgi “Biz sizə borcluyuq” kampaniyası çərçivəsində keçirilir: “Elnur bu şəkilləri vaxtilə çəkərək öz feysbuk sosial şəbəkə səhifəsində yerləşdirib. Biz həmin şəkilləri sosial şəbəkədən toplayaraq “25 an-25 yaş” adı ilə sərgisini təşkil etmişik”.

M.Həsənoğlu söyləyib ki, Elnur Allahverdizadə Vətən müharibəsi başlayana qədər səs rejissoru kimi fəaliyyət göstərib. O, “Barama”, “Atılmışlar” serialları, “Son iclas” sənədli-bədii filmi, çoxsaylı maraq doğuran reklamların səs rejissoru olub. “Picmus production”un əməkdaşı olan Elnur “Bozbash pictures”lə də çalışıb. “Simurq” serialı Elnurun şəhadətindən sonra onun əziz xatirəsinə ithaf olunub. “Bütün bunlarla yanaşı, Elnurun bir foto dünyası olub. O, gördüklərini çəkərək sosial şəbəkələrdə paylaşıb. Vətən müharibəsi başlanmazdan qabaq Elnurun artıq peşəkar fotoqrafiyaya keçmək planları var idi. Lakin onun bu arzusu həyata keçmədi. Allah Elnura və bütün şəhidlərimizə rəhmət eləsin”, – deyə AFB-nin rəhbəri bildirdi.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov Elnurun valideynlərinə xatirə banneri hədiyyə etdi.

Daha sonra şəhidin valideynləri çıxış edərək Elnurun xatirəsinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdilər.

Sonda tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular.

Qeyd edək ki, əslən Zəngilan rayonundan olan Elnur Allahverdizadə 1995-ci il mayın 15-də Sumqayıt şəhərində anadan olub. İlk təhsilini Sumqayıt şəhəri 41 nömrəli tam orta məktəbdə alıb. 2016-cı ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirib, hərbi xidmətə gedib. Vətən müharibəsi başlayandan iki gün sonra döyüşə yollanıb. Ağdam və Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Noyabrın 7-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində düşmənin açdığı top atəşi nəticəsində şəhid olub.

Noyabrın 8-də Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.




Baxış sayı: 862
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031