Komandamız Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa məscidləri və Saatlı məscidinin bərpasında iştirak edir. Saatlı məscidi çox gözəl abidədir və bu məscidin oxşarlarından İstanbulda və Ankarada çoxdur. İşğal zamanı məscid demək olar ki, yararsız hala düşüb. Məscidlərin bərpası ilə bağlı gərgin iş gedir.
Bunu işğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələrlə bağlı dekabrın 13-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirak edən bərpa işləri üzrə türkiyəli ekspert Əli Əmrah Ünlü AZƏRTAC-a açıqlamasında deyib.
Türkiyəli ekspert deyib: “Ermənilər işğal dövründə məscidlərin bəzilərindən tövlə kimi istifadə ediblər və divarlarda güllə izləri var. Bu mədəni və dini abidələr təkcə Azərbaycanın deyil, dünya mədəniyyətinin mirasıdır və onları qorumaq vacibdir. Sevinirik ki, tezliklə bu tarixi abidələri öz əvvəlki görkəminə qaytara biləcəyik”.
Baxış sayı: 717
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

