Bakıda keçirilən Zəfər paradı Azərbaycan xalqının həyatında mühüm tarixi bir hadisə kimi yadda qaldı. Bu möhtəşəm parad uzun illər gözlədiyimiz Zəfərin həqiqət anı idi.
Azərbaycanın qalib ölkə kimi keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazıldı. 2020-ci il dekabrın 10-da Azadlıq meydanı müzəffər, rəşadətli Ordumuzun Zəfərinə, Qələbəsinə şahidlik etdi. Bu həqiqət anında biz nə qədər qəhrəmanlarımızı tanıdıq.
Bəzi dostlarımızın, yaxınlarımızın övladları bu döyüşlərdə böyük igidliklər göstərdi, Şəhidlik zirvəsinə yüksəldi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.Onların keçdiyi bu döyüş yoluna nəzər salanda, valideynləri ilə söhbət edən zaman heyrətlənirik, qürurlanırıq. Belə möhtəşəm döyüş səhnələrini yalnız kinofilmlərdə görmək mümkün idi. Silahlı Qüvvələrimiz bunu döyüş meydanında nümayiş etdirdi.
Gerçəkdən Azərbaycan tarixini Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgəri yazdı.. Zəfərimiz mübarək olsun Azərbaycan!
Baxış sayı: 739
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

