FACT-INFO.AZ » SİYASƏT » Milli Məclisdə postmünaqişə dövründə qarşıya qoyulan məqsədlər müzakirə edilib
9-12-2021, 21:55 | SİYASƏT
Milli Məclisdə postmünaqişə dövründə qarşıya qoyulan məqsədlər müzakirə edilib

Milli Məclisin deputatı Tural Gəncəliyev qonaqlarla görüşərək, Xankəndi seçki dairəsini təmsil etdiyini və Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü olduğunu qeyd edib. Deputat 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin həyata keçirdiyi geniş bərpa-quruculuq işləri, məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz şəraitdə qayıdışına hazırlıq prosesindən bəhs edib. O, Ermənistanın işğalından azad edilmiş ərazilərdə işğal dövründə tamamilə dağıdılmış infrastrukturun, şəhər və kəndlərin yenidən inşası kimi işlərə Azərbaycanın gələn il üçün dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrıldığını diqqətə çatdırıb. T.Gəncəliyev işğaldan azad edilmiş ərazilərimizdə bir sıra ölkələrin, o cümlədən Birləşmiş Krallığın da iştirakı ilə layihələrin həyata keçirilməsindən məmnuniyyətlə bəhs edib.

Dekabrın 9-da Şuşa rayonunda iki mülki şəxsin minaya düşərək həlak olmasını qonaqların nəzərinə çatdıran deputat ərazilərin minalardan təmizlənməsi istiqamətində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Tural Gəncəliyev Azərbaycanın bölgədə sülhün möhkəmlənməsi, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın qurulması istiqamətində təşəbbüslərdə, erməni əsilli vətəndaşlarının siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiyasında maraqlı olduğunu qeyd edib.

Sonra Rayan Qrist və Helen Makkenzi postmünaqişə dövründə qarşıya qoyulan məqsədlər, sülhün möhkəmləndirilməsi, keçmiş münaqişə zonasında dinc birgəyaşayışın təşkili kimi məsələlərlə bağlı suallarını səsləndiriblər. Sual-cavab formatında davam edən görüşdə bu istiqamətdə əməkdaşlıq imkanlarına toxunulub, fikir mübadiləsi aparılıb.

Sonra Birləşmiş Krallığın Münaqişənin və sabitliyin birgə təhlili qrupunun üzvləri Helen Makenzi və Rayan Qrist Milli Məclisin deputatı Erkin Qədirli ilə görüşüblər. Deputat bir müddət əvvəl Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin birinci ildönümünü qeyd etdiyini bildirib. Qazanılan qələbə nəticəsində ölkəmizin öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini deyən E. Qədirli qonaqların diqqətinə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin 30 il ərzində torpaqlarımızı işğal etməsi Azərbaycan vətəndaşlarını öz doğma yurd-yuvalarından didərgin salıb. İşğal müddətində Ermənistan Azərbaycan ərazilərində, şəhər və kəndlərimizdə infrastrukturu tamamilə məhv edib, ölkənin maddi-mədəni irsinə ağır zərbələr vurub.

Bildirilib ki, hazırda Qarabağda bərpa və quruculuq işləri uğurla həyata keçirilir. Azad edilmiş şəhər və kəndlərdə müasir infrastruktur yaradılır. “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələri reallaşdırılır. Doğma torpaqlarından müvəqqəti didərgin düşmüş soydaşlarımızın öz yurdlarına qayıtması üçün bütün lazımi şərait yaradılır.

Qeyd olunub ki, Azərbaycan hər zaman regionda sülhün və əmin-amanlığın bərqərar olmasının, ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub və bu istiqamətdə öz səylərini əsirgəməyib.

Görüşdə Erkin Qədirli qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb.




Baxış sayı: 671
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031