Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Qeyd edilir ki, məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib.
"Azərbaycan, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışlayır və Ermənistanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır.
Məhkəmənin Ermənistan tərəfindən tələb edilən müvəqqəti tədbirlər ilə bağlı qərarına gəldikdə, vurğulamaq istərdik ki, Ermənistan tərəfindən qaldırılan, saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər Məhkəmə tərəfindən rədd edilib.
Azərbaycan, Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək. Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir.
Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək", - deyə XİN-in məlumatında vurğulanır.
Baxış sayı: 754
U.S. Congress hosts international conference on right of return
Baku hosts official opening ceremony of OIC Parliamentary Union Conference
Presidents Ilham Aliyev and Serdar Berdimuhamedov viewed bullet-riddled busts of Azerbaijan’s prominent figures in Shusha
Environmental Protection First Coalition appeals to participants of COP17 summit to be held in Armenia
President: We will never forget what Armenian occupational forces have done to our people

