FACT-INFO.AZ » XƏBƏR » Erməni xəstəliyinin metastaz vermiş forması
7-12-2021, 10:15 | XƏBƏR
Erməni xəstəliyinin metastaz vermiş forması

Əslində bütün bunlara əhəmiyyət verməmək olardı. Ancaq burada bir vacib məqam var. Bu da ondan ibarətdir ki, 1915-ci il qondarma erməni soyqırımının dünyada yaratdığı çaşqınlıq bunu deməyə əsas verir ki, belə təxribatların qarşısı zamanında alınmalıdır. Qara siyasətlərini kilsələrdə formalaşdıran, mediada internet resurslarında düşmənçilik püskürən erməni toplumun hədəfi sülhə, sabitliyə deyil, sonu görünməyən münaqişələrə hesablanıb.

Bu gün Ermənistanda yaşanan təlatümlərin səbəbi tarixi və mövcud gerçəyi həmçinin öz layiq olduqları məğlubiyyətlərini həzm edə bilməmələridir. Xarici qüvvələrin köməyi ilə son iki əsrdə hər zaman bizim tarixi torpaqlarımızı işğal edərək özlərinə dövlət quran və bu işğaldan daha da iştaha gələn bir xəstə toplum indi işğal etdikləri Azərbaycan ərazilərinin müəyyən hissəsini itirən zaman psixoloji böhrana düşüb. Bu məğlubiyyəti həzm edə bilməyən erməni toplumu və onun cinayətkar liderləri bu vaxta qədər dərk eləmir ki, bu, torpaqlar öz sahiblərinə qayıdıb.

Ermənistanda istər revanşist qüvvə olsun, istərsə də qeyri revanşist və yaxud liberal düşüncəli olsun bunların Azərbaycana və türk dünyasına qarşı mövqeyi çox vaxt eyni olur. Təəssüf ki, bütün bunlar erməni xəstəliyinin metastaz vermiş formasını xatırladır. Regionda bu düşüncə ilə necə sülhü bərqərar etmək olar, birgə sivil qonşuluq prinsipləri ilə yaşamaq olar? Dünyada gedən proseslər, mövcud reallıq onu diktə edir ki, biz bu toplumla birgə yaşamalıyıq, məqamı gələndə bunları əhliləşdirməliyik. Onu da unutmaq olmaz ki, silahı yerə qoymamaq şərtilə təbliğat sahəsində işimizi ən yüksək səviyyədə qurmalıyıq.

Nəhayət dünyada separatizmə yox deyilməsi, möhkəm sülhə sadiqlik üçün bu, qazandığımız möhtəşəm Zəfər masa üzərində təsdiqini tapmalıdır. Necəki faşızmin nə qədər təhlükəli olduğunu beynəlxalq aləm birmənalı qəbul etdi. Təəssüf ki, hazırda faşizmin yeni bir forması olan erməni separatizminə münasibət adekvat deyil. Bu isə ondan xəbər verir ki, erməni separatizmini dirçəltməyə hazır olan qüvvələr çox konfiqurasiyalı siyasətlərini davam etdirirlər. Bütün bu amillər regionda sülh və sabitlik üçün ciddi təhdid olaraq qalır.

Biz millət, dövlət olaraq postmüharibə dövründə informasiya siyasətini çox qüsursuz, peşəkar həyata keçirməliyik. Növbətçi tarixçilərdən, yerlibazlığdan, dostbazlığdan və nəhayət etinasızlıqdan qurtulmaq lazımdır. Elmli, imanlı insanlara, tədqiqatçı alimlərə, intellektual potensialı olan Vətəndaş Cəmiyyəti İnstitutlarına, dürüst media quruluşlarına və digər şəxslərə isti münasibət artmalıdır. Bu istiqamətdə işlər görən media quruluşlarının, QHT sektorunun maliyyə problemi aradan qalxmalıdır. Bu sahədə müəyyən çatışmazlıq var. Düşünürəm ki, onu aradan qaldırmaq gec deyil.

44 günlük Vətən müharibəsində Azərbaycan böyük Zəfər tarixini yazdı. Şablon səslənsə də bunları qeyd etməliyik. Biz Şəhidlərimizin, qazilərimizin qəhrəmanlığını dərindən öyrənməliyik. Onların bu fədakarlığı ədəbiyyat nümunələrində, kinofilmlərdə əksini tapmalıdır. Bu işlər ura halında deyil, kampaniyaçılıqdan uzaq, yalnız peşəkarların iştirakı ilə həyata keçirilməlidir. Bütün bunlar yetişən gənc nəslin məsuliyyətli vətənpərvərlik ruhunda dərin iz buraxar, digər tərəfdən gözlənilən təhlükələrin qarşısını ala bilər.

Əkrəm Bəydəmirli




Baxış sayı: 1 646
Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30