FACT-INFO.AZ » XƏBƏR » “Yaşıl Marafon”un yekun ağacəkmə aksiyası və veloyürüş kecirilib
5-12-2021, 20:45 | XƏBƏR
“Yaşıl Marafon”un yekun ağacəkmə aksiyası və veloyürüş kecirilib

IDEA İctimai Birliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev, eləcə də Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri, Böyük Britaniya, Belçika, Tacikistan, Bolqarıstan, Yunanıstan və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri və diplomatik korpusun digər nümayəndələri iştirak edib.

Tədbir zamanı 2021-ci il “Yaşıl Marafon”nunun 1 milyonuncu ağacı əkilərək ağacəkmə kampaniyası başa çatdırılıb.

Qeyd edilib ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində cari ilin yaz və payız mövsümləri zamanı ölkə boyu kütləvi ağacəkmə aksiyaları keçirilib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçirilən aksiyalar zamanı iydə, şam, fıstıq, sərv, akasiya, ağcaqayın, göyrüş, qoz, palıd, şabalıd, zeytun və s. yerli cinslərdən olmaqla müxtəlif ərazilərin torpaq-iqlim şəraitinə müvafiq qaydada ağaclar əkilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən kampaniyanın əsas məqsədi ölkəmizin yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Climate regional layihəsinin məqsədi Paris Sazişinə uyğun olaraq tərəfdaş ölkələrdə iqlim dəyişmələri təsirlərinə dayanıqlı və aşağı emissiyalı hədəflərin qanunvericiliyə inteqrasiyasına və həyata keçirilməsinə dəstək göstərməkdir. Abşeron Milli Parkında keçirilən veloyürüş, digər tədbirlərlə yanaşı, sözügedən layihə çərçivəsində ölkəmizdə təmiz nəqliyyatın təbliğ edilməsi və Avropa Nəqliyyat Həftəsinin (European Mobility Week) qeyd olunması məqsədilə təşkil edilib.

Abşeron Milli parkında keçirilən ekoloji tədbir cari ilin noyabr ayında Qlazqoda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında atmosferdə istixana qazı tullantılarının azaldılmasına dair qarşıya qoyulan hədəflər üzrə qlobal səylərə dəstək xarakteri daşıyır.

IDEA İctimai Birliyi bütün dünyada Planetimizin mühafizəsi ilə bağlı bu cür kəskin mübarizənin aparıldığı bir vaxtda hər kəsi öz üzərinə düşən vəzifəni yerinə yetirməyə, ətraf mühiti qorumağa, yaşıllıqların artırılmasına töhfə verməyə çağırır.




Baxış sayı: 662
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Bu gün, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Bu gün, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031