“Bu il ərzində biz fəal şəkildə dialoq aparmış, görüşmüş, telefonla danışmışıq. İkitərəfli münasibətlərimizin bu dinamikası bizi çox sevindirir” – deyən İlham Əliyev ötən gün Sibirdəki kömür mədənində baş verən faciəli hadisəyə görə rusiyalı həmkarına başsağlığı verib: “Təəssüf ki, çox insan öldü. Dünən sizə teleqram göndərdim, bu gün də Azərbaycan xalqı adından Sizə də, bütün Rusiya xalqına da başsağlığı vermək istəyirəm”.
Prezident İlham Əliyevin fikrincə, iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşların əməkdaşlığı olaraq dəyərləndirilməlidir: “Bu, təkcə quru söz deyil, doğrudan da belədir. Biz bütün istiqamətlərdəki qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da artırmaq əzmindəyik”.
İki ölkə arasında ticarət dövriyyəsinin artdığı, iqtisadi əməkdaşlığa həm də işgüzar dairələr tərəfindən də qarşılıqlı maraq duyulduğu qeyd olunub: “Əlbəttə ki, münasibətlərimizin çox sahələri əhatə etməsi bizi çox sevindirir. Hazırda iqtisadiyyat, nəqliyyat, humanitar əməkdaşlıq kimi sahələrin böyük əksəriyyətinə dair 7 yol xəritəsini həyata keçiririk”.
“Azərbaycanda rus dilinin təbliği və s. gördüyümüz işlərin qiymətləndirilməsinə görə minnətdarıq. Həmçinin Rusiyada azərbaycanlı tələbələrin təhsil almaları üçün yaradılan şəraitə görə təşəkkür etmək istərdim” – deyə dövlət başçısı vurğulayıb.
Baxış sayı: 793
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

