Bu barədə jurnalistlərə müsahibəsində Bakıda keçirilən “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumunda iştirak edən Rusiya Milli Kitabxanasının əlyazmalar şöbəsinin böyük elmi işçisi Olqa Yastrebova bildirib.
O, dahi şairin əsərlərinin motivləri əsasında çəkilən miniatürlərin şərq ölkələrində böyük populyarlıq qazandığını bildirərək vurğulayıb: “Nizaminin əsərlərinin miniatürləri və əlyazmalar siyahısı bacarıqlı sənətkarlar tərəfindən yaradılıb və orta sinif nümayəndələrindən tutmuş hökmdarlara, əyanlaradək bütün təbəqələr arasında böyük populyarlıq qazanıb. Biz də, öz növbəmizdə, həmin əsərlərin rus oxucusuna layiqincə təqdim olunması üçün əlimizdən gələni edirik”.
Nizami Gəncəvinin əsərlərinin qlobal xarakterini qeyd edən O.Yastrebova deyib: “Nizami öz nəsihətlərini və müdrikliyini təkcə Gəncə sakinlərinə deyil, bütün bəşəriyyətə ünvanlayıb”.
Baxış sayı: 1 154
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

