BMTM-nin mətbuat xidmətindən bildirilib ki, Fərid Şəfiyev Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün keçdiyi yol, Ermənistanla Azərbaycan arasında mövcud olmuş münaqişənin sülh yolu ilə həlli prosesinin dalana dirənməsi və müharibənin başlanması barədə məlumat verib. Müharibədən sonra regionda baş verən proseslər barədə danışan BMTM-nin sədri Azərbaycanın Ermənistanla dinc yanaşı yaşamaq istədiyini vurğulayıb: “Biz Ermənistan tərəfinə sülhməramlı təkliflər veririk. Hər iki ölkənin ərazi bütövlüyü tanınmalıdır. Lakin Ermənistan birgəyaşayışla bağlı qərar verməyib və hələ də aramızda insidentlər yaşanır”.
Son vaxtlar sərhəddə baş vermiş son proseslərə də münasibət bildirən Fərid Şəfiyev iki ölkə arasında sərhədlərin müəyyən olunmasına ehtiyac olduğunu diqqətə çatdırıb: “Azərbaycan Ermənistan tərəfinə sərhədin demarkasiyasına başlanmasını təklif edir. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımalıdır”. Sərhəddə baş vermiş son təxribatın Ermənistan tərəfindən törədildiyini vurğulayan sədr, həmçinin İran yük maşınları ilə bağlı yaşanmış son gərginlik, bu problemin həll edilməsi, Türkiyə-Azərbaycan əlaqələrinin strateji mahiyyəti barədə sualları da cavablandırıb.
Baxış sayı: 608
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

