Məlumatda bildirilir ki, bu yazı Ermənistan mətbuatından götürülmüş xəbərin təhrif edilmiş formasıdır. Bu kimi səthi “təhlillər” və Ermənistan KİV-nə xas təbliğat ilə yerli auditoriya çaşdırılır. Martuni-Vardenis-Sotk yol xətti Ermənistan ərazisində yerləşir və Dünya Bankının tranşı bu yolun 6.5-11.1 kilometrliyinin bərpasına ayrılıb.
“İndilərdə Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatını təqdim edəcəyik” deyərək XİN adından danışmağa iddia etmək səlahiyyəti “Haqqın.az” portalına verilməyib. Hər hansı rəsmi qurumun mövqeyini öyrənmədən onun adından danışmaq peşəkar jurnalistikadan kənardır və “Kütləvi İnformasiya Vasitələri” haqqında Qanunun ciddi pozuntusudur.
Fürsətdən istifadə edərək, xüsusilə indiki həssas dövrdə bəzi mətbuat orqanlarını Ermənisan təbliğatının əlində alətə çevrilməkdən ehtiyarlı olmağa çağırırıq.(AZƏRTAC)
Baxış sayı: 1 676
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

