Iki ildən bir təşkil olunan və 4 gün davam edəcək sərgidə dünyanın 100-dən çox ölkəsindən naviqasiya aparatları, müşahidə və kommunikasiya sistemləri, süni intellekt avadanlıqları, PUA və təyyarələr, kosmik peyk və s. istehsalçısı olan 1 000-ə yaxın şirkət iştirak edir.
Dubayın vəliəhd şəhzadəsi və İcra Şurasının sədri Hamdan bin Məhəmməd bin Rəşid Əl Maktumun iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev də iştirak edib.
Tədbir çərçivəsində Mədət Quliyevin "İnternational Golden Group" şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabi ilə görüşü baş tutub.
Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Danışıqlar konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.
Baxış sayı: 901
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

