FACT-INFO.AZ » SİYASƏT » Biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik
30-05-2016, 09:45 | SİYASƏT
Biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik

Artıq Vyanada da proseslər göstərdi ki, Azərbaycan həmsədr ölkələrlə daha tələblə danışırdı. Bunu etməyə Azərbaycanın haqqı da var. Ermənistan isə sadəcə olaraq başqalarının iradəsini araşdırmaqla məşğul idi. Sadəcə ayrı-ayrı yollar, ayrı-ayrı kombinasiyalarla bu danışıqları uzadaraq, mövcud status-kvonu qorumaq mövqeyi burada da nümayiş olundu. Amma bundan sonra Dağlıq Qarabağ münaqişəsi daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq. Fact-info.az saytı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS TV-yə açıqlamasında bildirib.

Ə.Həsənov qeyd edib ki, biz Azərbaycan olaraq beynəlxalq münasibətlərin tərkib hissəsiyik, dünya siyasətinin aktorlarından biriyik. BMT Təhlükəsizlik Şurasının və BMT Nizamnaməsinin müəyyən tələbləri var ki, onlara əməl etməliyik: “Beynəlxalq hüququn normaları var ki, bu tipli münaqişələr dinc yolla həll olunmalıdır. Amma eyni zamanda BMT-nin 4 qətnaməsi var ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmalıdır. Nə o yerinə yetirilir, nə bu yerinə yetirilir. Beynəlxalq münasibətlərin ikili standartları orada özünü nümayiş etdirir ki, məsələn, Küveytin işğalından sonra beynəlxalq hüquq normaları və beynəlxalq aləmin iradəsi qısa müddətə reallaşdırıldı, qısa müddətdə - bir həftə ərzində Küveyt işğaldan azad olundu. Və yaxud başqa ərazilərdə də belə hallar baş verib. Amma 20 ildən artıqdır ki, Dağlıq Qarabağla bağlı BMT-nin 4 qətnaməsi həyata keçirilmir. Bu, beynəlxalq münasibətlərin indiki eybəcər, fərqli-fərqli standartlara malik olmasının nümunəsidir".  

Cəbhədə aprel hadisələrinə toxunan Ə.Həsənovun sözlərinə görə, aprelin 4-ü olan kimi dərhal bütün beynəlxalq təşkilatlar Azərbaycana və Ermənistana bəyanatla müraciət etdilər ki, atəşi dayandırın: "BMT TŞ-nin üzv dövlətlərindən müraciət daxil oldu. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin hər üçü israrla atəşin dayandırılmasını tələb etdilər. Və əlbəttə, buna haqları da var, beynəlxalq hüquq normaları onu tələb edir ki, münaqişə dinc yolla həll olunsun. Ona görə də Azərbaycan məcburiyyət qarşısında qalaraq müharibəni dayandırdı və bu işdə əsas rol Rusiya Prezidenti Vladimir Putinin rolu idi".  

Ə.Həsənov hesab edir ki, həmsədr ölkələr artıq bu status-kvonun uzun müddət qorunub saxlanılmayacağı fikrində qətidirlər və bundan sonra münaqişə daha dinamik formada müzakirəyə çıxarılaraq həll olunacaq: "Əsas odur ki, burada görüşlərin daha tez-tez, daha çoxsaylı olması məsələni həll etmir, görüşləri təşkil edən həmsədr ölkələrin iradəsi ortaya qoyulmalıdır. Burada iradə deyiləndə, biz nə gözləyirik? Ermənistana təzyiq göstərməlidirlər, onu məcbur etməlidirlər ki, sülh danışıqları prosesinə ciddi yanaşsın".




Baxış sayı: 1 932
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031