FACT-INFO.AZ » SİYASƏT » Fazil Mustafa: Türk Dövlətləri Təşkilatının yaradılması daha güclü bir türk dünyasının dəyərlərini, imkanlarını ortaya qoyacaq
13-11-2021, 09:55 | SİYASƏT
Fazil Mustafa: Türk Dövlətləri Təşkilatının yaradılması daha güclü bir türk dünyasının dəyərlərini, imkanlarını ortaya qoyacaq

Naxçıvanda ilk sammitin keçirilməsi, orada alınan qərarlar da həmin sistemin işə düşdüyü tarix kimi anlaşılmalıdır. Şurada ilkin olaraq dörd dövlətin iştirak etməsi ardınca da, digər dövlətlərin bura geniş şəkildə üzv olaraq qatılması tarixi bir proses, türk dünyasının oyanışı, dirilişi baxımından təkanverici bir hadisədir. Sonradan Özbəkistanın şuraya qoşulması, bu gün də Türkmənistanın real üzv olaraq yer alması kompleks şəkildə Türk Şurasının imkanlarını genişləndirdi.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycan Şuraya sədrlik edəndə iki ciddi hadisə ilə yadda qaldı. Birinci növbədə, yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı şərtlərdə türk dünyasının əməkdaşlıq sisteminin formalaşmasında Azərbaycanın əhəmiyyətli rolu oldu. İstər xəstəliyin qarşısının alınması, istər peyvəndlərin ədalətli formada paylanılması istiqamətində türk dövlətləri bu dövrdə bir-birinə dəstək verdilər. İkincisi isə Azərbaycanın Vətən müharibəsində Zəfərindən başlayan bir zamandır. Ötən il torpaqlarımızın işğaldan azad edilməsi dövründə ölkəmizin böyük dəstəyə ehtiyacı vardı. Bu dəstəyin ən böyüyü Türkiyədən və sonra isə başqa türk cümhuriyyətlərindən gəldi. Onlar Azərbaycanın apardığı savaşı, Qələbəni yüksək dəyərləndirərək, həmçinin ayrı-ayrı platformalarda Azərbaycanın mövqeyini gücləndirdilər. Belə ki, həmin dövlətlərdən bəziləri KTM, MDB, Avropa Şurasında yer alırdılar. Bütün bunlar onu göstərdi ki, bu həmrəylik olduqca önəmlidir. Qısa müddətdə də Azərbaycan həmin dövlətlərin ekstremal vəziyyətdə rəylərini birləşdirərək, təşəbbüs göstərərək onların toplantısını keçirdi. Bir-birilərinə dəstək verilməsi üçün müəyyən dərəcədə addımlar atılmasını gerçəkləşdirdi.

“Burada bir önəmli hadisə Türkmənistanla olan neft yataqları ilə bağlı bir uzlaşmanın yaranması idi”, - deyən F.Mustafanın sözlərinə görə, bu, ona görə vacib idi ki, düşmənlərə türk dövlətləri arasında hansısa bir ziddiyyətdən istifadə etməyə imkan verilməsin.

“İndi isə Türk Şurasının ayrıca bir təşkilata - Türk Dövlətləri Təşkilatına çevrilməsi bir bölgə gücü olan mexanizmin yaradılmasından bəhs etməyə imkan verir. Bu da bölgədə olduqca əhəmiyyətli təsir imkanları yaradacaq, türk dövlətlərinin potensialından birgə istifadə olunmasına imkan verəcək. Təşkilat bütövlükdə həm də Avropa Birliyi və anqlosakson mahiyyətli birliklərlə alternativ və paralel bir birlik olacaq, onlarla rəqabətdə də daha güclü bir türk dünyasının dəyərlərini, imkanlarını ortaya qoyacaq. Bu, həm hansısa bir savaşı özü üçün hədəf seçən bir birlik deyil, əslində, sülhü, ədaləti dünyaya gətirə biləcək birlikdir. Əslində, tarixə baxsaq, türk dünyasının missiyası da bu olub. İstanbulda keçirilən sammit də bu prosesi daha aydın şəkildə ortaya qoyacaqdır. Türk dünyasının birləşməsi, səylərini bir araya gətirməsi və ortaq gələcək barədə planlar qurması bu coğrafiyada çox balansları dəyişəcək və prosesləri sürətləndirəcək. Həm də türk dünyasına aid olan bütün xalqların da müəyyən dərəcədə bir ümid yerinə çevriləcəkdir”, - deyə deputat fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 646
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Bu gün, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Bu gün, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031