Hikmət Hacıyev bildirib; “Bolqarıstanın Vətənpərvər Cəbhə Partiyasını təmsil edən parlament üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə özfəaliyyət xarakteri daşıyan qərəzli səfəri Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi təcavüz, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edən cəhd kimi qiymətləndirilir”.
Bu qanunsuz səfər Bolqarıstanda kimlərinsə Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq müstəvisində dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından ciddi narahat olduğunu göstərir:
“Təəssüflər olsun ki, rəsmi Yerevan Vyana görüşündə qeyd olunan hərtərəfli və substantiv danışıqlara zəmin hazırlamaq əvəzinə, bu kimi lüzumsuz və mənasız təxribatçı əməllərlə məşğuldur.
Sözügedən qanunsuz və təxribatçı səfərlə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi və qanunverici orqanına müraciət edəcək və narahatlığımızı çatdıracaq. Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.
Baxış sayı: 1 886
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

